Satınalmalar üzrə aparıcı mütəxəssis

  • Agrarco
  • Elanın qoyulma tarixi: 05.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Şirkətin sturuktur bölmələri tərəfindən daxil olan tələbnamələr üzrə tələbnamələrin dəqiqləşdirilməsi;
  • Bazarda mövcud olan şirkətlərlə qiymət sorğularının və tender müsabiqələrinin aparılması;
  • Qiymət sorğuları və tender müsabiqələri üzrə sənədləşmə işlərinin aparılması;
  • Daxili və xarici bazarın araşdırılması və lazımi təchizatçı və podratçı bazasının yaradılması və müntəzəm olaraq yenilənməsinə nəzarət edilməsi;
  • PQQ sistemi üzrə tədarükçülərin sənədlərin yoxlanışının təşkili;
  • Müqavilələrin, xüsusilə alqı, satqı və xidmət müqavilələrinin hazırlanmasında sənədləri təşkil etmək, satınalma şərtləri və qaydalarının müqavilədə öz əksini tapmasına nəzarət etmək, həmçinin bağlanmış müqavilələrin idarə olunmasını təmin etmək;
  • Dövlət rəsmi qurumları ilə sənədləşmə işlərinin təşkili;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası.

Tələblər:

  • Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan, rus, ingilis dillərində ünsiyyət və yazı bacarığı;
  • Microsoft Office (Word, Excel, Outlook, Power Point) və 1C proqramlarını peşəkar istifadə bacarığı;
  • Tender müsabiqələrinin təşkil edilməsi bacarığı;
  • Qiymət sorğularının aparılması bacarığı (RFQ,RFP,RFİ);
  • Xarici satınalmalarda təcrübə mütləqdir;
  • Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik, təşəbbüskarlıq və çeviklik;
  • Yalnız və komanda ilə effektiv işləmə bacarığı.
  • CİPS sertifikatının olması arzuolunandır.