Mağaza Meneceri (New Yorker, Mango, Next)

İşin təsviri

Vəzifənin rolu:

Bu vəzifənin rolu mağazada məhsulların satışını təşkil etməkdir.

Vəzifə öhdəlikləri:

  • Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinə çatmasını təmin edir.
  • Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil edir.
  • Anbardan satış zalına satılan malların əvəzlənməsini təşkil edir.
  • Mağazada işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin edir.
  • İşçilərin xarici görünüşünün qaydalara uyğun olmasını təmin edir (uniforma, saç, makiyaj, səliqə).
  • Mağazaya pos-materialları sifariş edir.
  • Yeni işçi heyəti üçün işə giriş təlimatını təqdim edir.
  • Mağazaya malların qəbulunun həyata keçirilməsini təşkil edir.
  • Mağazanın iş qrafiki ilə işləməsini təmin edir.
  • Mağazada olan nasazlıqları müəyyən edir və aradan qaldırılmasını təmin edir.
  • Mağazada təmizlik işlərinə nəzarət edir.
  • Qaydalara uyğun olaraq mağazanın giriş və çıxışında işçilərin yoxlanılmasını təşkil edir.
  • Mağaza işçilərinə məhsullar üzrə təlimlər təşkil edir.
  • Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və oğurluq halları barədə rəhbərinə məlumat verir.

Əsas tələblər:

Təhsil:

  • Orta təhsil (Ali təhsil arzuolunandır)

Təcrübə:

  • Pərakəndə satış sektorunda aksesuar və geyim sahəsində ən az 4 il iş təcrübəsi
  • İdarəetmə sahəsində ən az 2 il iş təcrübəsi

Professional biliklər:

  • Satışın təşkili 
  • MS Office Proqramları
  • Azərbaycan dili, Rus dili yaxşı səviyyədə, İnglis dili arzuolunandır

Professional bacarıqlar və kompetensiyalar: 

  • İdarəetmə bacarıqları
  • Liderlik
  • Təşkilatçılıq
  • Ünsiyyət bacarıqları
  • Vaxtın idarəolunması
  • Problem həll etmə
  • Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

İşəgötürənin reytinqi