Müştəri dəstəyi üzrə operator

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 01.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Təhsil: Ali;  
  • Dil bilikləri: Azərbaycan dili (yazı və danışıq) səlis, Rus və İngilis dili arzu olunandır;  
  • Müştəri xidmətləri sahəsində 1 il iş təcrübəsi arzu olunandır;  
  • Kompüter bilikləri: MS Office (Word, Excel) üzrə başlanğıc səviyyədə işləmək bacarığı;  
  • Müştəriyönümlülük; 
  • Satışyönlülük;  
  • Yüksək analitik yanaşma.    

Vəzifə öhdəlikləri:

  • Məlumat Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və kampaniya, şərtlər, məhsullar və  digər sualları operativ cavablandırmaq; 
  • Məlumat Mərkəzinə daxil olan zənglərin CRM proqramında qeydiyyatını aparmaq; 
  • Daxil olan müraciətləri digər şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;  
  • Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq; 
  • Ay ərzində görülən işlərin analitik təhlilin nəticəsini rəhbərliyə təqdim etmək.  

İş şərtlərimiz:

  • Əmək haqqı: 500 - 554 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.     

Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.    

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri dəstəyi üzrə operator” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi