İnformasiya Texnologiyaları üzrə Baş Məsləhətçi

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçiriləcək “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində informasiya texnologiyaları üzrə baş məsləhətçi vəzifəsi üzrə

MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• İnformasiya sistemləri və ya əlaqədar sahədə ali təhsil;
• İnformasiya və kommunikasiya texnologiyaları infrastrukturu layihələrin, onların təsviri, idarəolunması və icrası, o cümlədə informasiya sistemləri üzrə baş məsləhətçi və ya əlaqədar vəzifələr üzrə ən azı 10 illik iş təcrübəsi;
• İnformasiya və kommunikasiya texnologiyaları layhələrin qiymətləndirilməsi və təhlilinin aparılması üzrə yüksək bacarıqlar;
• Azərbaycan və ingilis dilləri üzrə biliklər;
• İdarəetmə və təşkilatçılıq üzrə bacarıqlar.

Ədliyyə sektorunda və məhkəmələrdə informasiya sistemləri layihələrinin icrası üzrə iş təcrübəsi olan namizədlərə üstünlük verilir.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və ingilis dillərində tərcüməyi-hallarını aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]

Maraqların ifadəsi üzrə bildiriş B.2/2.0-MX

Sənədlər 27 yanvar 2013-cü il saat 18:00-dək qəbul edilir.