Komendant

  • Groupone
  • Elanın qoyulma tarixi: 29.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Sintez” MMC şirkəti üçün Füzuli və Tətər rayonlarında işləyəcək 2 nəfər Komendant axtarışındayıq.

Vəzifə öhdəlikləri:

  • Yaşayış kompleksinin sakinləri ilə əlaqələrin qurulması, yaranan problemləri vaxtında və keyfiyyətlə həll etmək;
  • Yaşayış kompleksinin ərazisində yerləşən su, qaz, istilik, elektrik enerjisinin daimi fasiləsiz çatdırılmasının təşkili , liftlərin fasiləsiz işləməsini, ərazinin və binanın işıqlandırılmasını təmin etmək;
  • Kompleksin yaşıllaşdırılmış ərazilərinə qulluq olunması üçün bağbanların işinə nəzarət etmək;
  • Xidməti fəaliyyət üzrə sənədləşmə işlərini daim nəzarətdə saxlamaq;
  • Öz yurisdiksiyasında əmlakın təhlükəsizliyini və saxlanmasını təmin etmək;
  • Lazım olan inventar, məişət  xidməti əşyaları almaq, köməkçi işçilərə və təmizləyicilərə verib və müvafiq əməliyyat uçotunu aparmaq;
  • Binanın ofis, yaşayış binasının istismarı ilə əlaqəli qərarlar, sərəncamlar, ali və digər orqanların digər tənzimləmə və normativ sənədlərinin saxlanılmasına cavabdehlik;
  • Təhlükəsizlik tədbirləri, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək və təmin etmək;
  • Rəhbərin əmrləri, qərar və göstərişlərini icra etmək;
  • Ona həvalə edilmiş əmlakın təhlükəsizliyinə cavabdeh olmaq;
  • Əmlakın uçotunu aparmaq, varlığını qəbul və çıxarma aktlarını tərtib etmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Cinsi: Kişi
  • Operativ, məsuliyyətli, punktual və daim öz üzərində çalışan;
  • Diqqətli, səliqəli, iqtisadi olmalı;
  • Komputer biliyi olmalıdır;
  • İşçiləri idarə etmək bacarığına malik olmalıdır;
  • Ona həvalə olunan işin səmərəli icrasını həyata keçirməlidir;
  • İcra, əmək və texnoloji intizamın tələblərinə uyğunluq;
  • Ona həvalə olunan ərazidə və ətrafında qanuna uyğunluqları təmin etmək.

Əmək haqqı razılaşma yolu ilə müəyyənləşəcək.

Maraqlananlardan CV-ni Tural Ismayilov e-mail ünvanına göndərməkləri xahiş olunur