Baş mühasib

  • KRAUN KO-R
  • Elanın qoyulma tarixi: 29.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş vaxtda tərtib və təqdim etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu  registrlərində düzgün əks etdirilməsini və ona nəzarəti, operativ məlumatların təqdim edilməsini tərtib etmək və təqdim etmək;
  • Rentabelliyin daim nəzarətdə saxlanılması məqsədilə şirkətin fəaliyyətinə məxsus maya dəyərlərini, vergi risklərini, kreditor və debitorlarla üzləşmələrin aparılmasını düzgün təmin etmək;
  • Əmək haqqı və əmək haqqına bərabər bütün ödənişlərin hesablanması,ödənilməsini təmin etmək.
  • Mal-material uçotunun düzgün təşkili və anbar uçotunu aparmaq;
  • Pul vəsaitləri haqqında hesabatın, mənfəət və ya zərər və balans hesabatlarının aylıq və illik olaraq tərtibi və analizlərini həyata keçirmək, vergi qaydalarının uyğunluğunu təmin etmək;
  • Mal-xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması prosesini yerinə yetirmək;
  • Vergi, statistika və DSMF hesabatların hazırlanması və vaxtında təqdim olunması əməliyyatlarını  təqdim etmək.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Təhsil dərəcəsi: Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat)
  • İş təcrübəsi: Baş mühasib olaraq ən azı 3 il iş təcrübəsi
  • Kompüter proqramlarının biliyi: Microsoft Office (Outlook, Word, Excel) və 1C proqramını əla səviyyədə bilməli 
  • İşgüzar bacarıqlar: Dürüst və məsuliyyətli, yüksək analitik təhlil, iri həcimli məlumat bazası ilə işləmək bacarığına malik
  • PMS (Peşəkar Mühasib Sertifikatı) sertifikatı;
  • Vergi məcəlləsini əla bilməli;
  • Mühasibat uçotu standartlarının(qaydalarının) tətbiqi;
  • Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi.

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • İş vaxtı 09.00-dan 18.00-dək  
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə     
  • Əmək haqqı: NETT 1500-2500 (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Uyğun namizədlər CV-lərinizi email ünvanına göndərə bilərsiz.