Aqronom (Yevlax və İmişli)

  • KRAUN KO-R
  • Elanın qoyulma tarixi: 25.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kənd təsərrüfatı bitkilərinin zərərvericilər, xəstəliklər, alaq otlarına qarşı görüləcək tədbirlərin təşkilinə rəhbərlik etmək; 
  • Rayon bitki mühafizə stansiyalarının nümayəndələri ilə birgə kənd təsərrüfatı bitkilərinin zərərvericilərin, xəstəliklərin sıxlıq dinamikasını, yayılmasını təyin etmək;
  • Bitki mühafizəsi üzrə görüləcək işlər barədə təkliflər vermək;
  • Respublika məlumat və xəbərdarlıq laboratoriyasının təqdim etdiyi hesabatlar və təsərrüfatlardan alınan sifarişlər əsasında mübarizə aparılacaq sahələri təyin etmək, yerüstü aqreqatlara, kimyəvi və bioloji vasitələrə olan təlabatı müəyyən etmək; 
  • Bitkilərin mühafizəsində zərərvericilər, xəstəliklər, alaq otlarına qarşı aparılan tədbirlərdə qabaqcıl təcrübələrin və əkinin son nəailiyyətlərin tətbiq edilməsini təmin etmək, sınaqdan keçmiş preparatların tətbiqini həyata keçirmək. 
  • Bitki mühafizəsində kimyəvi vasitələrdən istifadə olunduqda texniki təhlükəsizliyin təmin olunmasına nəzarət etmək.

Tələb və bacarıqlar:

  • Ali təhsil;
  • Ən azı 5 il iş təcrübəsi (müvafiq sahədə);
  • Müvafiq sahədə hökümətin qərar və qətnamələrini bilməli; 
  • Məhsul istehsalının texnologiyasını bilməli;
  • Təsərrüfatçılıq və idarəetmə metodlarını, istehsalın və idarəetmənin əsaslarını bilməli;
  • Azərbaycan dilini mükəmməl bilməli;
  • İdarəetmə bacarığı, liderlik xüsusiyyətləri, komandada işləmək bacarığı, stressə davamlılıq.

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • İş vaxtı 9.00-dan 18.00-dək  
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə     
  • Əmək haqqı 1000-1200 AZN 

Uyğun namizədlər CV-lərinizi email ünvanına göndərə bilərsiz.