KRAUN KO-R


KraunKo-R MMC 2007-ci ildə yaranmışdır. Şirkətin əsas fəaliyyət istiqaməti buğda və arpa becərilməsidir. Əhatə etdiyi ərazi: Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın üzrə ümumilikdə 23821.1 ha; Ağdam, Ağcabədi, Füzuli, Xocavənd, İmişli üzrə - 1069.69ha.

2020-ci ildə Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Xocavənddə yerləşən 30000 ha dəmyə torpaq sahələri, həmçinin əvvəllər əkin üçün yararlı olmayan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Bu ərazilərdə müxtəlif yerli və xarici (Türkiyə, Rusiya, Avropa) mənşəli buğda və arpa sortları becərilmişdir.

Eyni zamanda 2019-cu ildə şirkət tərəfindən Qarabağ cinsinə aid damazlıq qoyunculuq fermaları yaradılmışdır ki, bu da, Azərbaycan heyvandarlıq genofonduna aid Qarabağ cinsi damazlıq qoyunlar yetişdirilərək, bölgədə fəaliyyət göstərən digər qoyunculuq təsərüfatlarına töhvə vermişdir.

Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında işğal zamanı məhv olunmuş meyvə bağları bərpa edilmiş, həmçinin yeni meyvə ağacları (nar, heyva, alma və s.) salınmışdır. 2021 ildə İmişli rayonunda dövlət ehtiyat fondundan icarəyə götürülmüş 2000 ha ərazidə pambıq bitkisinin becərilməsi üçün hal-hazırda melorasiya və irriqasiya işləri aparılır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?