Satınalmalar mütəxəssisi

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçiriləcək “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində satınalmalar mütəxəssisi vəzifəsi üzrə

MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• Mühəndislik, iqtisadiyyat və ya digər oxşar sahələr üzrə ali təhsil;
• Satınalmalar və müqavilələrin idarəedilməsi sahələri üzrə ən azı üç illik iş təcrübəsi;
• Planlaşdırma, sənədlərin hazırlanması və təmir-tikinti işlərinin əlaqələndirilməsi sahəsində təcrübə;
• Mallar, tikinti işləri və məsləhət xidmətlərinin satınalınmasına dair Dünya Bankı və ya digər beynəlxalq təşkilatların qaydaları ilə tanış olanlara üstünlük verilir;
• Azərbaycan və ingilis dilləri üzrə mükəmməl biləklər;
• MS Office proqramlarından mükəmməl istifadə etmə bacarığı;
• Kompüter vərdişləri;
• Yüksək ünsiyyət və hesabatların hazırlanması vərdişləri.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və ingilis dillərində tərcüməyi-hallarını aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]

Maraqların ifadəsi üzrə bildiriş D/9.0-MX

Sənədlər 27 yanvar 2013-cü il saat 18:00-dək qəbul edilir.