Kiçik mühasib (junior)

  • Referans CLC
  • Elanın qoyulma tarixi: 27.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Elektron Qaimə, Hesab Fakturalarının işlənməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması;
  • Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi;
  • Sorğu və digər araşdırmaları təşkil etmək və aparmaq;
  • Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi:
  • Mühasibatlığa aid sənədləşmə işlərinin icra edilməsi.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
  • Azərbaycan dili mükəmməl, ingilis və rus dillərinin biliyi arzuolunandır;
  • Mühasibatlıq sahəsində 1 ildən artıq iş təcrübəsi;
  • MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində biliklər;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı.

Əmək haqqı: 800 manat.

İş qrafiki: 09:00 – 17:00 (Bazar ertəsi – Cümə); Şənbə 09:00 – 14:00 

Ünvan: Bakı şəhəri.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Kiçik mühasib” qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

İşəgötürənin reytinqi