İnsan resursları üzrə mütəxəssis

  • Referans CLC
  • Elanın qoyulma tarixi: 27.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşə qəbul edilən işçilər ilə əmək münasibətlərinin Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşdirilməsi;
  • İR üzrə kargüzarlığın aparılması;
  • İR əməliyyatlarının vaxtında və qanunvericiliyin tələblərinə uyğun elektron portallarda qeydlərin aparılması;
  • Məzuniyyət rəsmiləşdirilməsinin qanunvericiliyə uyğun tənzim və təşkili;
  • Əmək haqqının düzgün hesablanması və ödənilməsini təşkil etmək və nəzarət etmək;
  • Ezamiyyə prosesinin qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilməsi;
  • Əmək və icra intizam hadisələrinin düzgün rəsmiləşdirilməsini təmin edilməsi;
  • Əmək müqavilələrinin xitam/ləğv edilməsini qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi;
  • İşçi heyəti üzrə müvafiq hesabatları tərtib etmək və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
  • Əmək qanunvericiliyi çərçivəsində risk və cərimə yaradacaq halların qarşısının alınması və aradan qaldırılması üçün daimi proseslərin izlənilməsi və tədbirlərin görülməsi;
  • İR əməliyyatlarının şirkət daxili və digər proqram təminatlarında mütəmadı və vaxtında qeydlərin aparılması;
  • İR əməliyyatları proseslərinin daim inkişaf etidirilməsi üçün təkliflərin verilməsi;
  • Rəhbərlik tərəfindən veriləcək Əmək qanunvericiliyi ilə bağlı sorğuları və tapşırıqları icra etmək.

Bilik və göstəricilər:

  • İstənilən ixtisas üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan dili mükəmməl, ingilis və rus dillərinin biliyi arzuolunandır;
  • MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Əmək qanunverciliyinin bilikləri.

Təcrübə:

  • İnsan resursları sahəsi üzrə 2 il (Səhiyyə/tibb sahəsində iş təcrübəsi arzuolunandır).

Fərdi keyfiyyət tələbləri:

  • Analitik düşüncə;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı.
  • Güclü kommunikasıya bacarığı.

İş qrafiki: 09:00 – 17:00 (Bazar ertəsi – Cümə); Şənbə 09:00 – 14:00 

Ünvan: Bakı şəhəri.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İR üzrə mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

İşəgötürənin reytinqi