Mühəndis-Mexanik

İşin təsviri

İş yeri:  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,

Əmək haqqı: 600-800 AZN

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • Müştərinin istəyinə və müəyyən etdiyi son tarixə qədər güc transformatorların layihə sxemlərini hazırlamaq;
  • Transformator hissələrinin sxemini və 3D modellərini yaratmaq üçün xüsusi proqram təminatından istifadə etmək;
  • Dizayn keyfiyyətini artırmaq, problemlərin vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə əməkdaşlıq etmək;
  • Mövcud mühəndislik qeydlərinin hesabatını aparmaq;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  • İstehsalatın texniki hazırlığını təmin etmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək;

Tələblər:

  • Ali təhsilli (Mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi);
  • Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
  • Azərbaycan, rus və ingilis dillərini (təlimlər ingilis dilində olacaq) blməli;
  • AutoCAD və 3D proqram təminatını və Autodesk/SolidWorks, Microsoft Office proqramlarını bilməli;
  • Analitik düşüncə tərzi;
  • Yeni lahiyələrdə iştrak etmək bacarığı;
  • Təzyiq altında işləmə bacarığı;
  • Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
  • Layihə sənədlərinin vahid sistemi (ЕСКД) əsas tələblərini bilmək;
  • QOST, EN, IEC və digər normativ texniki sənədlərdən (texniki şərt, texniki tapşırıq) istifadə etmək bacarığı;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • Yeni məhsulların istehsal və sınaqdan keçirməyi bacarığı;

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti; 
  • Ezamiyyə imkanları; 
  • Ünsiyyət yaratmaq bacarığı;
  • Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni e-mail ünvanına göndərə bilərsiniz.  CV göndərən zaman vəzifənin adını “mühəndis-mexanik”  mövzu bölməsində göstərin.