Müştəri xidmətləri üzrə mütəxəssis

  • Gedik Yatırım
  • Elanın qoyulma tarixi: 23.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətimiz yerli və xarici müştərilərə biznes və ya aktivlərlə əməliyyatlar ilə bağlı geniş konsaltinqi xidmət çeşidlərini təklif edir. Şirkət alış-satış əməliyyatlarına vasitəçilik edən partnyor şirkətlərlə əməkdaşlıq göstərir. Bizim uzaqgörən yanaşmamız uzunmüddətli dövrdə müştərilərimiz üçün ən yaxşı nailiyyətlər əldə etməyimizə imkan yaradır.

İşin təsviri:

  • Yeni fərdi və korporativ müştərilər cəlb etmək;
  • Potensial müştərilərdən xidmətlər üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
  • Mövcud müştəri portfelini idarə etmək, müştərilərə müvafiq seqmentə aid məhsulları satmaq;
  • Müştərilərin ehtiyaclarını müəyyən etmək;
  • Müştəri müraciətlərini Şirkətin baş ofisinə yönləndirmək və müraciətlərin icrasına nəzarət etmək;
  • Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
  • Görülmüş işlər üzrə hesabat vermək.

Namizədə tələblər:

  • Orta təhsil;
  • Yalnız XANIM namizədlər;
  • Azərbaycan və türk dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
  • Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Yüksək səviyyədə satış bacarığı;
  • Hesabatları təhlil etmə bacarığı.

İş yeri Bakı şəhəri, Xəqani Ticarət Mərkəzində yerləşir. İş qrafiki natamam və tam olmaqla, namizədin bilik və bacarıqlarına müvafiq olaraq, dəyişir.

Maaş 900 manat + bonus.