İnsan Resursları üzrə Mütəxəssi̇s (Zi̇rə qəsəbəsi̇)

  • Buta Group
  • Elanın qoyulma tarixi: 19.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Məlumatların Elektron Hökumət Portalına daxil edilməsi;
  • İşçilərin icbari sığortasının həyata keçirilməsi;
  • İşəqəbul prosesinin planlaşdırılması və işəgötürmənin təşkil edilməsi;
  • İşçi ehtiyacının müəyyən edilməsi;
  • Daxil olan CV-lərin dəyərləndirilməsi;
  • Uyğun namizədlərlə görüşlərin aparılması və onların dəyərləndirilməsi;
  • İş yerindən kənar təlim ehtiyaclarının müəyyən edilməsi və müvafiq olduğu təqdirdə təlim mənbələrinin tapılması və onun icrasının dəstəklənməsi;
  • İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və proseduraların hazırlanması və həyata keçirilməsi;
  • İşçilərin yüksək əmək məhsuldarlığı göstərmələri üçün motivasiya edilməsi;
  • Yeni əməkdaşların işə adaptasiya dövründə düzgün istiqamətləndirilməsini, İnsan Resursları ilə koordinasiyasını və yaranan problemlərin həllini təmin etmək;
  • Əmək məhsuldarlığının təhlil edilməsi.

Bacarıqlar:

  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
  • İşgüzarlıq;
  • Komandada işləmək bacarığı
  • MS Office proqramlarından (xüsusilə, Excel, Word ) istifadə bacarıqları

Tələblər: 

  • Ali təhsil  
  • Sahə üzrə 1 il iş təcrübəsi 
  • AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
  • MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Dürüst və vicdanlı olmalı;

Təminatlar:

  • Əmək haqqı: 700 AZN 
  • Servis və nahar ilə təmin edilir.
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır.
  • İş qrafiki Bazar ertəsi- Cümə günü/ 08:00-17:00, Şənbə günü 08:00-14:00

Vakansiyaya uyğun namizədlər  CV-lərini  İR üzrə mütəxəssis-ZİRƏ başlığı ilə e-mail ünvanına göndərə bilər. 

Ünvan: Zirə qəsəbəsi, Pomidor İstixana Kompleksi