Elektrik işləri üzrə formen

  • Amal Group
  • Elanın qoyulma tarixi: 18.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşçiləri koordinasiya etmək.
  • Şərtnamə və sözləşmələri oxumaq.
  • İş planlarını tərtib etmək.
  • Layihələri gözdən keçirmək və dəyişikləri müəyyən etmək,
  • Layihədə istifadə olunan sistemlərinin quraşdırılması ,təmiri və saxlanmasında ,texniki qrup üzvlərinə kömək etmək.
  • İş programlarının hazırlanması, lazım olan materialların və alətlərin siyahısını tələb olunan formatda hazırlamaq,
  • Gündəlik iş planlarını tərtib etmək, günün sonunda yoxlayaraq təhvil almaq və müvafiq vərəqələrə doldurmaq.
  • Hər ayın sonunda tamamlanmış işlərin hesabatları hazırlamaq.
  • Material və avadanlıq xərcləri üçün təxmini siyahı hazırlamaq.
  • İşçilərin təhlükəsizlik,davranış, geyim və gigiyena qaydarına əməl etmələrini təmin etmək,
  • İşlərini müəyyən olunan təhvil vaxtı və büdcə daxilində planlaşdırmaq,
  • Sahələrdə işin keyfiyyətini yoxlamaq, bu barədə raportlar hazırlamaq.
  • Podratçı firmalara təqdim etmək üçün periodik raportlar hazırlamaq,
  • Şirkətin maraqlarına zidd olan hərəkətlər etməmək və şirkət daxili sirrlərı yaymamaq və işçilərin də buna əməl etməsinə nəzarət etmək.
  • Davamlı peşəkar inkişaf.
  • Formen üçün ali təhsil tələb olunmur, iş bacarıqları və təcrübəsinin olması yetərlidir.

Tələblər:

  • Sözlü və yazılı təlimatları qavraya bilmək və effektiv bir şəkildə həyata keçirmək,
  • Kollektivlə təsirli və effektiv münasibət qura bilmək,
  • İşin icra müddətini koordinasiya edə bilmək,
  • Mövcud təhlükəsizlik qaydalarına dair hərtərəfli biliklərə sahib olmaq,
  • Büdcə və layihə smetalarını hazırlaya bilmək və lazımi hesablamaları apara bilmək bacarığına sahib olmaq,
  • Plan və texniki diagramları şərh edə bilmək,
  • Hündür binalarda işləyə bilmək,
  • Kollektivi idarə edə bilmək,

Əmək şəraiti:

  • İş yeri: Qubadlı rayonu
  • İş rejimi: 6 gün, Əmək Məcəlləsinə uyğun olaraq
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Qalmaq və yemək şirkət tərəfindən verilir.

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Elektrik işləri üzrə formen” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.