İnsan Resursları, Əməliyyat üzrə Menecer

İşin təsviri

Təsvir:

  • Əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi, iş vaxtının uçotunun aparılması ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək
  • Kadr təminatının proqnozlaşdırılmasını, işçilərin şəxsi işlərinin aparılmasını, insan resurslarının kadr kargüzarlığı və iş vaxtının uçotunun aparılmasının təşkilini və həyata keçirilməsini təmin etmək
  • Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək ;
  • Müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin etmək;
  • Təşkilati struktur bölmələrinin struktur və ştat cədvəlləri üzrə təkliflər vermək, müvafiq layihələr hazırlamaq ;
  • Əməkdaşların əmək müqavilələrini, onlara əlavə və dəyişiklikləri, işçilərin motivasiyası və intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə təkliflər hazırlamaq, habelə sənədləşmə işlərini təşkil edir, eləcə də əmək müqaviləsi bildirişlərini Elektron Hökumət Portalında qeydiyyatdan keçirilməsinə nəzarət etmək;
  • İnsan resurslarının idarə edilməsi üzrə sənədləşmə və kadr uçot işlərini təmin etmək, informasiya bazasını formalaşdırır və onun avtomatlaşdırmasına dair təkliflər hazırlamaq;
  • İnsan resursları fəaliyyəti ilə bağlı statistik hesabatları tərtib etmək və aidiyyəti üzrə təqdim etmək;
  • Kargüzarlıq, sənəd, eləcə də elektron sənəd dövriyyəsi və əməkdaşların qəbulu, onların müraciətlərinə baxılması işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilini və həyata keçirilməsini təmin etmək;
  • Sənəd dövriyyəsinin operativliyinin təmin edilməsi və kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədi ilə kargüzarlıq qaydalarının tələblərinə əməl olunması üçün ümumi nəzarəti həyata keçirmək;

Tələblər:

  • Ali təhsil
  • Menecer olaraq 5-6 il, ümumilikdə İnsan resursları sahəsində 8-10 il iş təcrübəsi
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək
  • İstehsalat təcrübəsinin olması üstünlükdür
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmaq
  • 1C, MS Office proqramlarını yaxşı səviyyədə bilmək (SAP biliyi üstünlükdür)
  • Analitik düşünmə qabiliyyəti və idarəetmə bacarıqlarına malik olmaq