Sürücü-ekspeditor şəxsi avtomobili ilə

  • Azimut LLC
  • Elanın qoyulma tarixi: 16.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Çap və ya istehsal olunmuş məhsulların mətbəədən təhvil alınması
  • Hazır məhsulların müştərinin ünvanına çatdırılması və yerində təhvil verilməsi
  • Qəbul və təhvil zamanı sənədləşmə qaydasının pozulmaması
  • Müştəri tərəfindən göndəriləcək məhsulların ofisə və mətbəəyə gətirilməsi
  • Çatdırılma tələb edən məhsullar kiçik və orta ölçülüdür (poliqrafiya və reklam məhsulları)

Tələblər:

  • Namizədin öz avtomobili əsas şərtdir və üstünlük pickup (furqon) model avtomobillərinə verilir
  • Yüksək səviyyədə punktuallıq
  • Səliqəli xidmət göstərmək
  • Səliqəli xarici görkəm və nəqliyyat vasitəsinin təmiz/səliqəli olması
  • Müştəri məmnuniyyətinin önəminin qəbul olunması 
  • Müştəri ilə təmkinli davranış qabiliyyəti
  • Namizəd Bakı şəhərini tanımalıdır

İş şərtləri:

  • Əmək haqqı başlanğıc net 550 AZN
  • 2 ay sonra net 600 AZN
  • 6 ay sonra net 650 AZN
  • Yanacaq xərcləri şirkət tərəfindən qarşılanır
  • Nahar və cərimələr şirkət tərəfindən qarşılanmır
  • İş yeri: Bakı ş. ərazisi
  • İş vaxtı 9.00 – 18.00

Ofis ünvanı – Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşısı

(Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi). 

Qeyd (Mövzu) yerində yazın: Sürücü CV