İstedadların cəlbi və Əməkdaşlarla münasibətlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 15.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 21 yanvar 2024

Vəzifə Öhdəlikləri:

  • Əmək müqavilələrini bağlamaq və ləğv etmək, başqa işə keçirmə ilə bağlı sənədləşdirmə işlərini icra etmək və uçotunu aparmaq;
  • İşçilərə həvəsləndirmə və intizam tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar rəsmiləşdirmə və icra etmə işlərini yerinə yetirmək və arxivləşdirmək;
  • Əməkdaşlar üzrə müvafiq hesabatları tərtib etmək və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim etmək;
  • Cəmiyyətin əməkdaşlarının vəzifə təlimatlarının reallığını əks etdirməsi məqsədilə zəruri hallarda iş analizlərini keçirmək, təhlil etmək və nəticələrə uyğun cari vəzifə təlimatları hazırlamaq və yeniləmək;
  • Əməkdaşlarla əlaqələrin idarə edilməsi məqsədilə əmək münasibətlərindən irəli gələn bütün məsələləri tənzimləmək;
  • Məzuniyyətlərin sənədləşməsi;
  • İmtiyazlarla bağlı işin aparılması;
  • Xidməti zərurət ilə əlaqədar ezamiyyətlərin rəsmiləşdirilməsini icra etmək;
  • Təşkilati strukturun yenilənməsi ilə bağlı müvafiq qərarlara əsasən prosesləri icra etmək;
  • Adaptasiya və sınaq müddəti prosesinin izlənilməsi;
  • Əməkdaşların məlumat bazasını qurmaq və yeniləmək bu məlumat bazası üzrə müvafiq hesabatları tərtib edərək tələb olunan yerə vaxtında təqdim etmək;
  • İnsan resursları portalının qurulmasında məlumatları daxil etmək, portalın daim işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • Kollektiv və fərdlərarası münasibətləri, əməkdaşların işə bağlılığını təhlil etmək və tənzimləmək, həmçinin təhlil nəticələrindən asılı olaraq müvafiq tədbirlər planı hazırlayaraq icra edilməsini təmin etmək, təklifləri rəhbərliyə təqdim etmək;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: İnsan resursları üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:əla, Rus dili: əla
  • Üstünlüklər: İnsan Resursları, Menecment, Təşkilati Davranış (Organizational Behavior) ixtisaslar üzrə bakalavr/magistr dərəcələri olanlara və İnsan Resursları üzrə beynəlxalq sertifikasiyalar olanlara üstünlük veriləcəkdir.
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, problem həlletmə, planlaşdırma, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, geniş perspektiv, münasibət yaratma, keyfiyyət yönümlülük, dinamikanı anlamaq;

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi