Daxili Audit Bölməsində Aparıcı Mütəxəssis

  • Premium Bank
  • Elanın qoyulma tarixi: 15.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Biznes prosesləri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək,
  • Yoxlanılan sahənin requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
  • Beynəlxalq audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
  • Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
  • Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
  • Audit müşahidəsi və  tövsiyələr icrası  üzrə hesabat tərtib etmək;
  • Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzu olunandır);
  • Ən azı 2 il bank iş təcrübəsi;
  • 22-35 yaşlarda bəy və ya xanım namizədlər;
  • Mərkəzi Bankın qaydaları və digər əlaqələli qurumların bank fəaliyyəti ilə bağlı qanunvericiliyi  bilmək;
  • Prosesslər üzrə riskləri, dələduzluq halları və nöqsanları müəyyən etmək qabiliyyəti;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarıqı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və  ingilis dilləri arzu olunandır
  • Microsoft Office və  proqramlar ilə işləmə bacarığına sahib olan;

İş şəraiti:

  • AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə 
  • İş saatı 09:00-dan 18:00-dək 
  • İstirahət günləri: şənbə və bazar günləri
  • Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.

Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına 15.02.2024-cü il tarixinədək göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Audit Bölməsində “Aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.