Biznes Analitik

  • Landau School
  • Elanın qoyulma tarixi: 10.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Şirkət daxilində müvafiq istiqamətlər üzrə görüşlərin keçirilməsi, biznes proseslərin analiz edilməsi, təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və həll yollarının təklif edilməsi;
  • Şirkət daxilində icra olunması planlaşdırılan proqram təminatları üzrə texniki və funksional tələblərin formalaşdırılması mərhələsində müzakirələrdə aktiv iştirak etmək; 
  • Biznes tərəfindən daxil olan tələblərin analiz olunması və prioritetləşdirilməsi;
  • Biznesin tələblərinə əsasən texniki tapşırıqların formalaşdırılması;
  • Texniki tapşırıqları İT və ya tərəfdaş olan 3-cü tərəflərlə müzakirə etmək və qoyulmuş tələblərin həyata keçirilməsinin mümkünlüyünü təmin etmək;
  • Layihələrin texniki tapşırıqlara uyğun olaraq icrasına nəzarət etmək və müvafiq testlərin aparılmasında dəstək göstərmək;
  • Rəhbərlik üçün təqdimatların hazırlanması.

Tələblər:

  • Təhsil: İnformasiya Texnologiyaları, Biznesin İdarə edilməsi, İqdisadiyyat
  • İş təcrübəsi: Biznes analitik, IT biznes analitik, konsultant və ya əlaqəli sahələrdə 2 illik iş təcrübəsi
  • Dil biliyi: Azərbaycan-dili (Əla), İngilis-dili (Yaxşı)
  • Kompüter biliyi: Microsoft Office (Excel, Visio, Power Point, Figma)
  • İri həcmli İT layihələrinin aparılmasında iştirak etmək
  • Yaxşı ünsiyyət və təqdimat bacarığı
  • Analitik düşüncə qabiliyyəti Layihələrin icrası üzrə metodologiyalar ilə ilkin tanışlıq

Biz nə təklif edirik:

  • İş rejimi: 09:00-18:00
  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.
  • Korporativ təlimlərə qatılma imkanı

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi