SƏTƏM üzrə mütəxəssis

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Müəssisədə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit bağlı işlərin təşkili, əlaqələndirilməsi və planlaşdırılması, ƏM və TT-nin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin  təşkili üzrə tədbirlər planı hazırlayır;
  • Müəssisənin bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əmək şəraitinin və əməyin mühafizəsinin daha da yaxşılaşdırılması üzrə illik tədbirlər planı hazırlayır və təsdiq olunması üçün rəhbərliyə təqdim edir;
  • Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə yuxarı təşkilatların və nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlayır və baxılması üçün rəhbərliyə təqdim edir; 
  • İstehsalat xəsarətlərinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırmasını təşkil edir;
  • Müəssisənin bölmə rəhbərləri ilə birlikdə istehsalat xəsarətlərini təhlil edir və  istehsalat xəsarətlərinin qarşısının alınması üçün tədbirlər görür; 
  • Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak edir və İZ formalı akt tərtib edir; 
  • İstehsalatda bədbəxt hadisələrin uçotunu aparır, ƏM və TT üzrə müəyyən olunmuş formada hesabat hazırlayır; 
  • İstehsalat xəsarətlərinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə müəssisə rəhbərliyinin keçirəcəyi iclasların materiallarını hazırlayır;
  • Lazım olan hallarda istehsalat binalarında hava şəraitinin, mikroiqlimin, küyün, vibrasiyanın və istehsalat şəraitinin digər amillərinin əlavə yoxlanmasını təşkil edir;
  • Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə köhnəlmiş mühafizə vasitələrinin təkmilləşdirilməsi, yeni vasitələrin tətbiqi haqqında təkliflər hazırlayır (çəpərləmə, müdafiə qurğuları, ventilyasiya sistemləri, işıqlandırma, işarəvermə və s.);
  • İşçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə qabaqcıl təcrübəni öyrənir və bu təcrübənin müəssisədə tətbiq olunmasını təşkil edir; 
  • ƏM və TT üzrə baxış-müsabiqələrin, seminarların təşkilində və keçirilməsində iştirak edir; 
  • ƏM və TT üzrə yaradılacaq daimi komissiyanın şəxsi tərkibi haqqında müəssisə rəhbərinə təkliflər verir, Komissiyanın iş planını tərtib edir və bu plana əsasən hər bir sex, sahə, obyektləri yarım ildə bir dəfədən az olmayaraq yoxlayır;
  • Təhlükəsizlik texnikası üzrə işarələrin siyahısını və yerləşmə sxemlərini, xəbərdaredici  rənglə rənglənməli olan obyektlərin siyahısını tərtib edir; 
  • Müəssisənin sanitar-texniki vəziyyətinin pasportlaşmasını təşkil edir, iş yerlərinin attestasiyası və yeni avadanlığın istismara qəbulu üzrə təşkil olunan komissiyalarda iştirak edir; 
  • Əməyin mühafizəsinin öyrədilməsini və təbliğini təşkil edir, əməyin mühafizəsi üzrə məşğələlərin keçirilməsi, işçilərin ƏM üzrə biliklərinin yoxlanmasını təşkil edir və bu işin cədvəlini hazırlayır; 
  • Giriş təlimatını aparır. 
  • Mühəndis-texniki işçilərin biliklərini yoxlayan komissiyanın işini təşkil edir və onun işində iştirak edir, sexlərin, bölmələrin rəhbərlərinə təlimatların, proqramların işlənib hazırlanmasında metodiki yardım göstərir;
  • Əməyin mühafizəsi kabinetinin işini təşkil edir, kabineti lazımı texniki və əyani avadanlıqla təchiz edir. 
  • ƏM və TT üzrə təlimatların vaxtında və keyfiyyətlə aparılmasını yoxlayır;
  • Qurğu və avadanlığın vaxtında sınmasına, qoruyucu vasitələrinin və mühafizə qurğularının yoxlanılmasına, kollektiv mühafizə vasitələrinin sazlığına nəzarət edir;
  • İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət edir; 
  • Yüksək təhlükəli obyekt və avadanlıqlara, habelə təhlükəsizlik və nəzarət cihazlarının istismarı zamanı texniki sənədləşdirilmənin düzgün aparılmasına nəzarət edir;
  • Fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə, sınanmasına və onlardan düzgün istifadə olunmasına nəzarət edir; 
  • Bədbəxt hadisələrin nəticələrinin yekunları üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə nəzarət edir;
  • Təsərrüfat sahələrində və digər Strukturlarda əməyin mühafizəsi guşələrinin işinə nəzarət edir;
  • Struktur rəhbərləri ilə birlikdə əməyin təhlükəsizliyi standartlarının tətbiq edilməsi üzrə təşkilatı texniki tədbirlər planı hazırlayır;
  • İş yerlərində tələb olunan ƏM və TT üzrə normativ-texniki sənədlərin siyahısını tərtib edir; 
  • ƏM və TT üzrə müəssisə standartlarının və təlimatların işlənib hazırlanmasını təşkil edir və bu işdə iştirak edir;
  • ƏM və TT üzrə xidməti yazışma aparır;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

  • Ali  təhsil;
  • SƏTƏM sahəsi ilə əlaqədar sertifikatlar
  • Dil bilikləri: Azərbaycan dili (əla) İngilis dili (orta) Rus dili (orta)
  • Kompyuter bilikləri: Word (yaxşı) Excel (yaxşı) 
  • İş təcrübəsi: Sahə üzrə 1-3 il təcrübə olması arzuolunandır
  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı:Razılaşma yolu ilə

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “SƏTƏM üzrə mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Qeyd: CV-lər mail ünvanına göndərilsin zəhmət olmasa.

Professional Real Estate Services tərəfindən digər vakansiyalar