Hüquqşünas

İşin təsviri

Namizədə dair tələblər:

  • Hüquq ixtisası olmaq
  • Az.Res Qanunvericiliyini (Mülki Məcəllə, Əmək Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi, İnzibati və s.) bilmək, 
  • Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
  • MS Office məhsulları üzrə bilik və vərdişlər
  • Yaş: 25-40
  • İş təcrübəsi: minimum 2 il
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və ingilis dili (orta) 
  • Komanda ilə işləmək bacarığı
  • Stressə davamlı və öyrənməyə maraqlı, 
  • Diqqətli və Operativ olması
  • Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı

İş barədə məlumat:

  • Müqavilə işləri - müqavilələrin hazırlanması və ekspertizası;
  • Müqavilə münasibətlərindən, torpaq, əmək, inzibati mübahisələrdən irəli gələn mübahisələrin həlli;
  • Təsis və dəyişikliklər (ASC, QSC, MMC) üzrə sənədlərlə işlər aparmaq; 
  • Notarius işlərinin təşkili və sənədlərin təsdiqi;
  •  Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması;
  • Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya vermək;
  • Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
  • Daxili prosedurların, qaydaların, təlimatların və s., hazırlanmasında iştirak etmək və təkmilləşdirilməsi məqsədi ilə rəy və təkliflər vermək; 
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər işləri icra etmək. 

Əmək haqqı: 800-1000 AZN.

 

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Hüquqşünas ” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Qeyd : CV-lər mail ünvanına göndərilsin zəhmət olmasa.

Professional Real Estate Services tərəfindən digər vakansiyalar