SƏTƏM mühəndisi

  • Amina and S Group
  • Elanın qoyulma tarixi: 07.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
  • İnşaatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanmasında iştirak etmək;
  • Struktur bölmələrdə, inşaatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında kömək etmək;
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etmək;
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etmək;
  • İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etmək;
  • İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etmək;
  • Fəaliyyət ilə bağlı mütəmadi olaraq müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim etmək və s.

Tələblər:

  • Ali təhsil;
  • Qeyd olunan sahədə azı 2-3 il iş təcrübəsi;
  • Yaş həddi: 25-40;
  • MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • Sahə üzrə sertifikatların olması arzuolunandır.

İş şəraiti: Həftədə 1 gün istirahət.

Əlaqə üçün: 010-225-30-89

Əmək Haqqı: 1000-1500 AZN (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişəcək)

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “SƏTƏM mühəndisi qeyd etməklə elektron ünvanına göndərə bilərlər.