İşin təsviri
                
                
                                
                Namizədə Tələblər:
	- Yaş həddi:  25 - 45 yaş
 
	- Ət və ət məhsullarının istehsalı üzrə avadanlıqlarda 3 – 5 il təcrübəsinin olması,
 
	- Qida istehsalı sahəsi üzrə avadanlıqlarla işləmək bacarığı, avadanlıqlar barəsində nəzəri və praktiki biliklərin olması,
 
	- Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
 
	- Yaxın ərazidə yaşayan namizədlər müəssisəyə yaxınlaşıb CV formasını müəssisədə doldura bilərlər.
 
Vəzifə öhdəlikləri:
	- Texnoloji avadanlıqların işə salınması və istehsala başlamaq üçün sınaqdan keçirilməsi,
 
	- İstehsal olunacaq məhsullar üçün ətin, əlavə komponentlərin vaxtında planlaşdırılması və şöbəyə qəbulu, 
 
	- Xammalın müvafiq anbardan emal üçün götürülməsi,
 
	- Qiymənin ət komponentlərinin reseptə uyğun miqdarının seçilməsi və qiymə mikserinə yüklənməsi,
 
	- Xammalın mikserlə üyüdülməsi prosesinin icra edilməsi,
 
	- Ət qarışdırıcıda və yaxud kutter avadanlığında emal etməklə qiymənin hazırlanması,
 
	- Qarışdırma prosesinin ardıcıllığına riayət edilməsi,
 
	- Qiymədə komponentlərin vahid paylanmasına və texnoloji təlimatın tələblərinə uyğun olaraq emal ardıcıllığına riayət olunması,
 
	- Hazır qiymənin ət qarışdırıcıdan və ya kutter avadanlığından boşaldılması və sonrakı emal üçün verilməsi,
 
	- Hazır qiymənin növbəti istehsal mərhələsinə ötürülməsi,
 
	- İstifadə edilən avadanlıqların qaydaya uyğun açılması, təmizlənməsi və lazım gəldikdə yuyulması, avadanlıqların saz vəziyyətdə saxlanılması üzrə işlərin icrası,
 
	- Avadanlıqlarla bağlı günlük müvafiq qeydiyyatların aparılması.
 
Əmək haqqı: 700 - 800 AZN
İş qrafiki: 6 günlük
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.