Qaynaqçı

İşin təsviri

Vəzifənin məqsədi:

  • Qaynaq işlərinin müvafiq tapşırıqlara və qaynaq tipinə uyğun həyata keçirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

  • SƏTƏMM üzrə əməliyyatların mükəmməlləşdirilməsi proqramında SƏTƏMM mədəniyyətinin inkişaf etdirilməsində və Proses Təhlükəsizliyi İdarəetmə sisteminin qurulmasında dəstək olmaq;
  • Proses təhlükəsizliyi üzrə əlaqəli layihə sənədlərini (təhlükəsizlik sistemi avadanlıqlarının yerləşmə planı, texniki məlumat vərəqləri, Risk qiymətləndirmələri, Səbəb-Nəticə diaqramları) yoxlamaq;
  • Qaynaq işləri üzrə işin təşkili və qaynaq planlarını icra edilməsini təmin etmək;
  • Qaynaq işlərinin sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etmək;
  • Tapşırılmış qaynaq işlərini keyfiyyətli və sürətli şəkildə həyata keçirmək, qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək;
  • Qaynaq avadanlıqlarını saz vəziyyətdə saxlamaq;
  • Qaynaq cihazında müəyyən edilən nasazlıq haqqında rəhbər işçiyə məlumat vermək;
  • İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə peşə və ya orta texniki təhsil;
  • Qaynaq tiplərinə uyğun qaynaqçı sertifikatlarınin olması üstünlükdür;
  • Sahə üzrə ən azı 5 il müvafiq iş təcrübəsi;
  • Yaxşı texniki (cizgi oxuma, simvolları tanıma) və qaynaq növü TIG/SMAW/FCAW və s. bacarıqları olmalı;
  • Qaynaq keyfiyyətinin yüksəldilməsi və onun keyfiyyətinə təsir göstərə biləcək amilləri bilməli;
  • Mütləq şəkildə peşəkar səviyyədə Arqon (TIG) və Elektik qövs qaynağı (SMAW) həm nəzəri həm praktik bacarıqlarının olması;
  • Qaynaq sərf materiallarının sinifləri və tətbiq sahələrini bilməli;
  • WPS və qaynaq prosedurunu oxuya bilmək, prosedura uyğun şəkildə işi təşkil edə bilməli;
  • Dəqiq və nəticəyönümlü olmalı.

İş yeri: Sumqayıt şəhəri

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Qaynaqçı (Sumqayıt)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 19.01.2023

İşəgötürənin reytinqi