SƏTƏM mühəndis

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 29.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir
  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır
  • Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir
  • Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına nəzarət etməlidir
  • Əməyin mühafizəsi üçün norma, qayda və təlimatları yerinə yetirməlidir
  • Səsküyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsini qrafik üzrə aparılmalıdır
  • Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etməlidir
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etməlidir
  • İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etməlidir
  • İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etməlidir
  • İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına nəzarət etməlidir
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə nəzarət etməlidir
  • Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsini təşkil etməlidir.

Vəzifə ilə bağlı tələblər:

  • Müvafiq  vəzifədə 1-3 il iş stajjı
  • Müvafiq ali texniki təhsil
  • Sahə üzrə tələb olunan sertifikatların mövcudluğu
  • Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməsi
  • Planlama, analiz və idarəetmə bacarığı; 
  • MS Office (MS Word, MS Excel) üzrə biliyin olması; 

Əlavə məlumat:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur. 

CV-lərinizi [email protected] ünvanına "SƏTƏM" başlığı ilə göndərməyiniz və ya  https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. 

İşəgötürənin reytinqi