Sosial media mütəxəssisi / Məzmun yaradıcısı

  • Resant Group
  • Elanın qoyulma tarixi: 28.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yaxşı SMM mütəxəssisi kimi gözəl işlər ortalığa qoymaq istəyirəm” deyən gənc sosial media mütəxəssisi axtarırıq. Food-photoraphy şəkillərindən və Tiktok-da yeyib-içmək videolarına baxmaqdan zövq alan, bir restoranın rəqəmsal marketinqini A-dan Z-yə qədər idarə etmək iddiasında olan mütəxəssisi aramızda hrgörmək istəyirik. Komanda üzvlərimiz ünsiyyəti, yumoru, musiqini çox sevən, günün əksər hissəsini WhatsApp-da və İnstagram keçirməkdən bezməyən bir həmkar axtarır. 

Vəzifə öhdəliyi: 

  • Restoranın sosial şəbəkə hesablarının idarə edilməsi (Facebook, Instagram, TikTok,və s.)
  • Gələn mesaj və rəylərə tez və dolğun cavab verilməsi
  • Restorandan aktual Story və Live yayımların nəşri
  • Trenddə olan kontenti izləmək
  • Foto və video kontentdən ibarət stock yaratmaq
  • Sosial şəbəkələrdə maksimum qarşılıqlı əlaqə (interaction) əldə etmək üçün düzgün dizayn tapşırığının yazılması
  • Targetoloq, qrafik dizayner, videoqraf, fotoqraf, motion-dizayner ilə işləmək 
  • Mütəmadi olaraq sosial media kanallarında canlı yayımların təşkil edilməsi
  • Sosial media reklamlarının effektivliyinin monitorinqı, aylıq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması

Namizəd üçün tələblər:

  • SMM üzrə 1 ildən çox təcrübə.
  • Capcut, Inshot, Canva ilə operativ işləmək bacarığı (daha peşəkar alətlərlə işləmək bacarığı üstünlükdür)
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət
  • Ali təhsilin olması üstünlükdür.
  • Facebook Ads Manager ilə işləmək bacarığı 
  • Statistia və analitik alətlərlə işləmək bacarığı
  • Komandada işləmək qabiliyyəti. məsuliyyətli, ünsiyyətcil və işinə qarşı həvəsli, punktual,yenilikci. 
  • Rus yaxud ingilis dillərindən birini bilmək üstünlükdür. 

Xüsusi tələb:

  • Namizəddən CV-si ilə bərabər öz portfoliosunu da göndərməsi üstünlükdür.
  • Sosial medianı yaxşı bildiyini, foto və video edit qabiliyyətini göstərə biləcək kiçik tapşırıq verilə bilər. 

İş şəraiti:

  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək (Başlanğıc əmək haqqı 700 ₼)
  • Davamlı inkişaf perspektivi, böyük və kollektivdə iş. 
  • İş qrafiki: həftədə 5 gün, əksər günlərdə saat 13.00 – 22.00 arası.

Namizədlər 07.01.2023 tarixinə qədər öz rezümelərini elektron ünvanına göndərməkdən çəkinməsin. Uğurlu namizədə müsahibədən sonra 48 saat ərzində iş təklifi göndərəcəyik.  

İşəgötürənin reytinqi