Debitorlar üzrə kiçik mühasib

  • UHY Azerbaijan
  • Elanın qoyulma tarixi: 27.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sifarişlər əsasında müştərilərlə müqavilələrin, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının tərtib edilməsi;
  • Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsi;
  • Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
  • Debitorlarla üzləşmə aktlarını/hesabatlarını hazırlamaq;
  • Debitorlardan ödənişlərin toplanması.

Vəzifə üzrə tələb olunan bilik və bacarıqlar: 

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 ilə qədər təcrübə;
  • 1 C proqramından istifadə edə bilməsi üstünlükdür;
  • MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilməli;
  • Elektron portallarda işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı.

İş yeri: Nərimanov rayonu, Atatürk prospekti

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində Debitorlar üzrə kiçik mühasib” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 15.01.2023-cü il