İşin təsviri
                
                
                                
                Qeyd: Bu ştat vahidi Dövlət Məşğulluq Agentliyi ilə birgə çərçivədə keçirdiyimiz layihəyə əsasən yaranmışdır. (Müqavilə müddətlidir)
Vəzifə və öhdəliklər:
	- Müraciət etmiş namizədlərin müəyyən edilmiş kriteriyalar üzrə ilkin dəyərləndirilməsi; 
- Seçilmiş namizədlərlə görüşlərin keçirilməsi; 
- Müəyyən edilmiş kriteriyalar əsasında yekun qrupların formalaşdırılması;  
- Təlimi uğurla keçmiş namizədlərin işə düzəltmə prosesinə rəhbərliyin edilməsi; 
- İşə düzəltmə prosesi çərçivəsində şirkətlərin İnsan resursları bölməsi ilə görüşlərdə iştirak etmək;
- İşə düzəltmə prosesi çərçivəsində gündəlik uyğun namizədlərin uyğun vakansiyalara müraciətini təmin etmək; 
- İşə düzəltmə üzrə hesabatların hazırlanması, analizi və rəhbərliyə təqdim edilməsi; 
- Lazım gəldikdə vakansiyaları mövcud olan şirkət nümayəndələri ilə üzbəüz görüşüb ətraflı məlumatın verilməsi;
- İşə götürmə agentlikləri ilə tərəfdaşlığın qurulması;
- Test imtahanı mütləq olan vəzifələr olan namizədlərin test imtahanı keçirilməsini təmin etmək;
- Namizəd bazasının yenilənməsi.
Tələblər:
	- Ali təhsil (Mütləqdir);
- İşə qəbul sahəsində minumum 1-2 il iş təcrübəsi mütləqdir; 
- Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dili arzuolunandır; 
- MS Ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Excel, Word,) ;
- Yüksək kommunikasiya; 
- Analitik düşünmə; 
- Nəticə yönümlülük.
İş haqqında:
	- İş saatı: 09:00-18:00;
- İş qrafiki: 6 günlük;
- Şirkət tərəfindən nahar ilə təmin edilmə;
- Korporativ nömrə ilə təmin edilmə.
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunacaqdır.
Qeyd: İşlə təmin edilən hər tələbəyə görə əlavə bonus veriləcək. 
Tələblərə cavab verən namizədlər  öz CV-lərini “İşə qəbul üzrə mütəxəssis” başlığı ilə elektron poçtuna göndərə bilərlər.