İşin təsviri
Sürətlə inkişaf edən kənd təsərrüfatı şirkətində Meyvə satışı meneceri yerli və xarici bazarlarla müqavilələr bağlayacaq, əvvəlcədən sifarişlər qəbul edəcək, satışın planlaşdırılmasını həyata keçirəcək və ödəniş-logistika əməliyyatını idarə edəcək.
Vəzifə öhdəlikləri:
- Satış, planlaşdırma, maliyyə, müqavilələr, meyvə ixracatı, tələb olunan sertifikatlar haqqında yüksək səviyyədə anlayışa sahib olmaq
- Microsoft Excel və Logo proqramlarını bilmək
- Rus və ingilis dillərində danışıq qabiliyyəti
- Minimum 5 il satış təcrübəsi
- Problemləri sürətlə həll etmək bacarığı
- İşində maksimum məsuliyyətli olmaq
- Şirkətimizi xarici sərgilərdə təmsil etmək
Əmək haqqı: 2000-4000 AZN ( Əmək haqqı təcrübəsindən asılı olaraq dəyişə bilər )