Satış üzrə məsləhətçi

  • IRIX
  • Elanın qoyulma tarixi: 23.11.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Komandamıza Satış üzrə məsləhətçi funksiyalarının icrası üçün aşağıdakı bilik, bacarıq və şəxsi keyfiyyətlərə malik satış mütəxəssisi axtarışındayıq.

Aşağıdakı qeyd olunan tələblərə cavab verən şəxslərdən saytımızın (www.irix.az) vakansiyalar bölməsindən ətraflı məlumat əldə etmələrini xahiş edirik. Komandamıza qoşulmaq istəyən namizədlərdən cv-lərini [email protected] mail ünvanına göndərmələri xahiş olunur.

Yaş həddi:  22-35
Təhsil:  Ali təhsil
Təcrübə: Satış üzrə minimum 2 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (sərbəst), İngilis dili (orta texniki)
İş qrafiki: Bazar ertəsi – Şənbə (saat 09:00 -19:00)

Kompüter bilikləri:

Sərbəst kompüter və MS Office (Excel, Word, Power Point) istifadəçisi
Sosial media platformaları (Facebook, Twitter, Linkedin, Youtube) bilikləri
Adobe Photoshop bilikləri arzu olunandır.

Şəxsi keyfiyyətlər:

Komandada işləmək bacarığı
Səmimi, məsuliyyətli, dəqiq, sərbəst qərar qəbul edə bilən
Vaxtın düzgün planlaması və səmərəli idarə edilməsi
İnkişafa meyillilik və karyera qurmaq həvəsi
KreaDiv düşüncə tərzi

İşə dair biliklər:

Satış texnikası üzrə bilik və bacarıqlar
Professional təqdimat, ünsiyyət, yazışma və inandırmaq bacarıqları
Professional telefon danışığı
Reklam metodları haqqında biliklər
Müştəri bazasının olması müsbət qarşılanır

İşin təsviri və öhdəliklər

Məhsul və xidmətlərin faydalarını nümayiş etdirəcək təqdimat və təkliflər hazırlamaq
İşgüzar zənglər etmək, müştərilərlə görüşmək, danışıqlar aparmaq
Əlaqələrin qurulması məqsədilə işgüzar tədbirlərdə iştirak
Sosial media platformalarında xidmət və məhsullar barədə müştərilərə məlumatlar vermək
Müştərilərin ehtiyaclarını öyrənərək seçimdə köməklik göstərmək
Müştəridən sifarişlərin qəbul olunması və lazımi şəxslərə yönləndirilməsi
Sifarişlərin təhvilindən sonra müştəridən rəy alınması
Aylıq planlanmış işlərin icrası haqqında hesabat hazırlamaq

Əmək haqqı – 300 - 500 AZN + satış və fəaliyyətə uyğun bonus