Pərakəndə satış üzrə mütəxəssis

  • IRIX
  • Elanın qoyulma tarixi: 27.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Azərbaycan və rus dillərində səlis danışıq
  • Güclü ünsiyyət və satış bacarığı
  • Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
  • Problemli müştərilərlə işləmək, problemin həllin diaqnozunu aparmaq və optimal həllini tapmaq bacarığı.
  • Öyrənməyə və inkişafa meyillilik
  • Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)
  • İT avadanlıqların satışı üzrə təcrübəyə malik olanlara üstünlük verilir

Vakansiya üzrə vəzifələr:

  • Müştərinin ehtiyaclarını müəyyən etmək. Müştəri və ehtiyacları barədə dolğun məlumat almaq
  • Təklif etdiyimiz məhsullar və xidmətlərlə bağlı müştərilərə dolğun məlumat vermək
  • Güzəşt və kampaniyalar barədə müştəriləri məlumatlandırmaq
  • Satışını etdiyimiz məhsulların təqdimatı promo videolarında iştirak (məhsulu göstərmək, onun xüsusiyyətləri haqqında danışmaq və s.)
  • Satışın həyata keçirilməsi
  • Sifarişin qəbulu, hazırlanmasına nəzarət və hazır sifarişlərin təhvili
  • Görülmüş işlər və cari satışlar barədə hesabatların hazırlanması

İş şəraiti:

  • İş vaxtları: Bazar ertəsi – Şənbə – 10:00 – 19:00
  • Əmək haqqı: Stabil əmək haqqı  + bonus
  • AR əmək məcəlləsinə uyğun qeydiyyat
  • Bir aylıq ödənişli sınaq müddəti
  • Məhsul və xidmətlər haqqında təlimlər

Uyğun namizədlərdən CV-lərini mail ünvanına göndərmələri xahiş olunur.