İşin təsviri
Namizədə tələblər:
- Sərbəst danışıq və yazışma səviyyəsində Azərbaycan və Rus, Upper intermediate səviyyəsində İngilis dili biliyi
- Güclü kompüter istifadəçisi, sürətli çap
- MS Office (Word, Excel, Outlook, Power Point, Outlook) bilik və səriştəsi
- İşgüzar geyim, səlist nitq və danışıqlar aparma bacarığı
- Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
- İT avadanlıqların satışı üzrə təcrübəyə malik olanlara üstünlük verilir
- Öyrənməyə və inkişafa meyillilik
- Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)
Vakansiya üzrə vəzifələr:
- Bazarın araşdırılması və satış strategiyasının müəyyənləşdirilməsi
- Təklif etdiyimiz məhsullar və xidmətlərlə bağlı yaradıcı təklif və təqdimatlar hazırlamaq
- Aktiv müştəri axtarışı, cari müştərilərlə münasibətlərin saxlanması
- Soyuq zəng və s. vasitələrlə aktiv potensial müştəri axtarışı
- Müştərilərlə işgüzar görüşlər, məhsullar və xidmətlərin təqdimatı
- Müştərilərin məhsul və xidmətlər, onların faydaları barədə məlumatlandırılması
- Müştərilərin sorğuları, layihələr və tenderlər üçün təkliflərin hazırlanması
- Təklif etdiyimiz məhsul və xidmətlər haqqında texniki məlumatların öyrənilməsi
- Görülmüş işlər və cari sifarişlər barədə hesabatların hazırlanması
İş şəraiti:
- İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00 – 18:00
- Əmək haqqı: Stabil əmək haqqı + bonus
- AR əmək məcəlləsinə uyğun qeydiyyat
- Bir aylıq ödənişli sınaq müddəti
- Məhsul və xidmətlər haqqında təlimlər
Uyğun namizədlərdən CV-lərini mail ünvanına göndərmələri xahiş olunur.