Daxili təchizat şöbəsinin mütəxəssisi

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 21.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təchizatçı şirkətlərin müəyyən edilməsi və tərəflərlə işgüzar danışıqların yazılı və şifahi qaydada həyata keçirilməsini təmin etmək; 
  • Əməkdaşlıq çərçivəsində müqavilələrin hazırlanması, müqavilə üzrə kommersiya şərtlərinin düzgün müəyyən olunmasına nəzarət etmək;
  • Şirkət üzrə tədbirlərin təşkili,  indoor və outdoor  reklam, həmçinin digər marketinq ləyihələrinin həyata keçirilməsi zamanı təmin edilməsi zəruri olan sifarişlərin qəbulu və sifariş əsasında mal-maddi qiymətlilərin (xammal, material, avadanlıq, inventar, dəftərxana ləvazimatı və s.) alışını həyata keçirmək;
  • Sifariş olunan materialların xüsusiyyətlərinin yerli və xarici bazar üzrə araşdırılmasını təmin etmək;

Xüsusi tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dilini əla səviyyədə bilmək; (İngilis dili arzu olunandır);
  • MS Office (Outlook, MS Word, Excel) proqramlarından sərbəst istifadə etmək;
  • Sketchup, Autocad proqramları üzrə biliklərə sahib olmaq;  
  • Fərdi və komanda daxilində işləmək;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Şifahi və yazılı olaraq yüksək səviyyədə ünsiyyətqurma bacarığı;
  • Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Müvafiq tələblərə uyğun  olan namizədlər CV-lərini mövzu hissəsində “Daxili təchizat üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

İşəgötürənin reytinqi