İsitmə, soyutma, havalandırma üzrə mühəndis

  • Estet
  • Elanın qoyulma tarixi: 20.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəddə olan bacarıq və keyfiyyətlər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Autocad proqramında işləmə bacarığı mütləqdir;
  • Komandada işləmə bacarığı;
  • Məsuliyyətlilik, işdə dəqiqlik və digər detallara fikir vermə bacarığı
  • Dil biliyi: Azərbaycan və rus dili yaxşı (ingilis dili arzuolunandır);
  • Yaş: 50 yaşa qədər

Vəzifə öhdəlikləri:

  • İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektrik, elektron və avtomatlaşdırılmış hissələrində müayinə, texniki xidmət, təmir-bərpa, quraşdırma və sazlama işlərin icrası;
  • Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;
  • İsitmə-soyutma, hava tədarükü sistemlərində mövcud avadanlıq/elementlərin əvəzlənməsi, yeni avadanlıqların/elementlərin quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması;
  • Müxtəlif müayinə və sınaq cihazları və alətləri vasitələri ilə sistemin/elementlərin işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması;
  • Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;
  • İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;
  • İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi;
  • Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi;
  • İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşmə
  • İş saatı: 09:00-dan 18:00-a qədər
  • Həftədə 5 günlük iş rejimi
  • Əmək haqqı:1500+
  • Ünvan: Çapayev şuşa restoranının arxası

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV -lərini elektron ünvanına Subject/Mövzu hissəsində “İsitmə, soyutma, havalandırma üzrə mühəndis” qeyd etməklə göndərə bilərlər