Təlim üzrə koordinator

  • Start Smart
  • Elanın qoyulma tarixi: 20.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tədris materiallarını hazırlamaq və tədris müddətlərinə, planlarına və proqramların icrasına nəzarət etmək;
  • Daxili və xarici təlimləri koordinasiya etmək;
  • Təlim ehtiyaclarının müəyyən olunması ilə bağlı təhlillər, sorğular və s. aparmaq, nəticələri təhlil etmək və ümumiləşdirmək;
  • Müştərilərə təlim imkanları barədə məlumat vermək; 
  • Təlim keçən müəllimlərin hazırlıq səviyyəsinə, keçirilən təlimlərin keyfiyyətinə və müntəzəmliyinə nəzarət etmək;
  • Tələbələrlə müəssisə arasında sıx əlaqələrin qurulması və qorunmasını təmin etmək;
  • Təlimdən sonra qiymətləndirilmə aparmaq  və nəticələr haqda hesabat tərtib etmək;
  • Təlim iştirakçıları üçün sertifikatlar hazırlamaq. 

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Ali təhsil arzuolunandır (Biznes, sosial iş, psixologiya, təhsil və ya digər əlaqəli sahələr); 
  • Müştəri xidmətləri və ya təhsil xidmətləri yönümlü sahələrdə 1 il iş təcrübəsi; 
  • Yüksək şifahi və yazılı kommunikasiya bacarıqları (Azərbaycan dili-yüksək səviyyədə, rus və inglis dili dil biliyi üstünlükdür);   
  • Vaxtın, resursların səmərəli idarəedilməsi və işləri prioritetləşdirmək bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Təşkilatçılıq və yaradıcı yanaşma bacarığı;
  • Operativlik,dəqiqlik, nəticə yönümlülük;
  • Problemləri həll etmə, analitik düşünmə, təqdimat və komanda ilə işləmə bacarığı.

İş şəraiti:

  • 5 günlük iş qrafiki

Əmək haqqı  800-1400 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 30.12.2023-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Təlim üzrə koordinator” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır. 

Start Smart tərəfindən digər vakansiyalar