Kommersiya və marketinq meneceri

  • Start Smart
  • Elanın qoyulma tarixi: 20.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mərkəzin tanınmasını və müştərilərin xidmətlər haqqında məlumatlılığını artırmaq üçün marketinq strategiyalarının hazırlanması;
  • Strategiyaları təhlil edərək və lazım olduqda təkmilləşdirmələr edərək şirkətin satış gəlirlərini artırmaq üçün yaradıcı ideyaların irəli sürülməsi;
  • Rəqiblərin təhlilinin aparılması və şirkətin rəqabətçil olması və irəliyə getməsi üçün əsas istiqamətlərin müəyyən edilməsi;
  • Müştəri bazasının yaradılmasına və saxlanılmasına nəzarət edilməsi;
  • Müştəri tələbatını ödəmək üçün Təlim Mərkəzinin məhsul  çeşidinin olmasının təmin edilməsi;
  • Mərkəzin  qiymət  siyasətinin hazırlanmasını təmin edir;
  • Həyata keçirilən satış strategiyalarının performansını ölçür;
  • Marketinq plan və layihələrinin məhsuldarlığını idarə edir;
  • SMM fəaliyyətinə, reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
  • Mərkəzdə inzibati işləri təşkil edir.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Ali təhsil.
  • Marketinq, satış və kommersiya sahəsində 2  il iş təcrübəsi.
  • İnformasiyanın toplanması, emalı, saxlanması və təhlili bacarıqlarına malik olmalıdır;
  • Analitik düşüncə tərzinə malik, sistemli, strukturlu, məsuliyyətli olmalıdır;
  • İş saatları baxımından çevik olmalıdır;
  • Problem həll etmə qabiliyyətinə, insanlarla mükəmməl ünsiyyətə qurmaq bacarıqlarına malik olmalıdır;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Yetkin, sabit, nəticəyönümlü, dürüst və açıq düşüncəli, aktiv və motivasiyalı olmalıdır.

İş şəraiti:

  • 5 günlük iş qrafiki

Əmək haqqı: 900-1500 AZN   

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 30.12.2023-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Kommersiya və marketinq meneceri” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır. 

Start Smart tərəfindən digər vakansiyalar