Maliyyə və İdarəetmə Hesabatı şöbəsinin Aparıcı Mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq aylıq, rüblük, yarım illik, illik idarəetmə və maliyyə hesabatlarının hazırlanması və maliyyə təhlillərinin aparılması;
  • MHBS-yə əsasən hər bit struktur bölmə üzrə Maliyyə Hesabatlarının hazırlanması və təhlili. Müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflərin verilməsi;
  • Maliyyə hesabatlarının konsolidasiya edilməsi və konsolidə edilmiş illik maliyyə hesabatlarının kənar auditinin aparılması prosesində iştirak etmək, audit üçün tələb olunan məlumatların təqdim edilməsi;
  • Maliyyə və İdarəetmə hesabatları üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında iştirak etmək;
  • Hesabatlıq sisteminin inkişafı və maliyyə modellərinin qurulması prosesində iştirak etmək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq;
  • Mühasibatlığı nəzarətdə saxlamaqla, yarana biləcək uyğunsuzluqları aşkar edib, onları aradan qaldırmaq;
  • MHBS üzrə yenilikləri daim izləmək və Mühasibat uçotu siyasətində müvafiq dəyişiklikləri əks etdirmək.

Tələblər:

  • Təhsil: Ali Təhsil (Maliyyə/ Mühasibat uçotu/ İqtisadiyyat sahələri üzrə)
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı;
  • Proqram bilikləri: Word, Excel, Outlook, PowerPoint – yüksək səviyyədə bilmək;
  • Sahə üzrə iş təcrübəsi minimum 3 il;
  • ACCA FA və FR sertifikatlarına sahib olmaq mütləqdir;
  • Analitik təhlil etmə bacarığı;
  • Prioritetin düzgün qurulması, eyni zamanda müxtəlif tapşırıqların icra edilməsi üzrə bacarıqlar;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Ünsiyyət qurmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Komandada işləmək bacarığı.

İş rejimi: 5 günlük/ 09:00-18:00

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

İşəgötürənin reytinqi