İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının fasiləsiz uçotunun təşkil edilməsi;
 
	- Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
 
	- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
 
	- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
 
	- Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar;
 
	- Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı.
 
	- Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanı idarə etmək və komandada işləmək bacarığı.
 
Namizədə dair tələblər:
	- Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
 
	- Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi;
 
	- Word və Excel proqramlarını yaxşı bilmək;
 
	- 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
 
	- Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
 
	- Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
 
	- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
 
İş barədə məlumat:
	- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti;
 
	- İş rejimi – Beş günlük; (istirahət vaxtı – şənbə və bazar günü)
 
	- Nahar – Şirkət tərəfindən təmin edilir;
 
	- Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 
 
	- Sığorta:  İcbari
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə e-mail ünvanına göndərilməsi xahiş olunur.