Hüquq Departamentinin baş huquqşünası
Əsas vəzifələr:
- Bankda hüquqi işlərə rəy vermək, Bankın maraqlarını məhkəmə və digər dövlət qurumlarında təmsil etmək;
- Bankın təsis və qeydiyyat sənədlərində dəyişikliklər etmək, alqı-satqı, xidmət, icarə və kirayə və s. müqavilələrini hazırlamaq və rəylər vermək;
-Müqavilə formalarını hazırlamaq, mövcud müqavilələrə əlavə və dəyişikliklər edilməsi üçün departament rəhbərinə təkliflər vermək;
- Qüvvədə olan qanunvericilik və digər normativ aktlar, onlara edilmiş əlavələr, dəyişikliklər və ya onların ləğv olunması haqqında qeydiyyat aparmaq və vəzifəli şəxsləri bununla tanış etmək;
- Bankın İdarə Heyətinə və struktur bölmələrinə cari qanunvericilik haqqında məsləhətlər və huqüqi rəy vermək.
Namizədlərə olan tələblər:
- Hüquq ixtisası üzrə ali təhsil və ixtisası üzrə ən azı 3 il iş təcrübəsi
- Azərbaycan, ingilis və rus dilində səlis danışmaq və başa düşmək, fikri tam və başa düşülən səviyyədə ifadə etmək
- Mülki, əmək, maliyyə, inzibati, vergi qanunvericiliyini bilmək
- Kompüter proqramları (MS Office və s.) ilə işləmək bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq, ünsiyyətçil olmaq
-Xarici müqavilələrlə işləmək bacarığı
Müraciətlər üçün: