Hüquqşünas

  • Xalq Sığorta
  • Elanın qoyulma tarixi: 13.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik və bacarıqlar:

  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;      
  • Dil bilikləri- azərbaycan dili-mükəmməl; ingilis dili, rus dili – yüksək səviyyədə.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Hüquq sahəsi üzrə ali təhsil;
  • Korporativ hüquq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Sərbəst araşdırma qabiliyyəti, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik;
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
  • Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi;
  • Hüquqi nitq və yazışma qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada cavabların hazırlanması; 
  • Cəmiyyət daxili qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Dövlət orqanlarından daxil olan sorğuları cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
  • İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
  • İş yeri: Bakı şəhəri 
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Hüquqşünas) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.       

İşəgötürənin reytinqi