Yardımçı Baş Xəzinədar

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 17.11.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

İş Elanı №651/13

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün Yardımçı Baş Xəzinədar vəzifəsinə işçi axtarışı elan edir. Yardımçı Baş Xəzinədar "FINCA Azerbaijan"-ın Baş Ofisi daxil olmaqla bütün filiallarında aparılan kassa əməliyyatlarına nəzarət edilməsində Baş Xəzinədara köməklik edəcək. Baş Xəzinədar ilə birlikdə işləyərək Yardımçı Baş Xəzinədar "FINCA Azerbaijan"-ın bütün Xəzinədarlarına rəhbərlik edəcək ve kassa əməliyyatları ilə bağlı mövcud siyasət, prosedur və daxili nəzarət sistemi yaradacaq/təkmilləşdirəcək/möhkəmləndirəcəkdir.

FINCA Azerbaijan” Azərbaycan üzrə 140,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:
 
• Ali təhsil (Maliyyə, mühasibat və ya digər iqtisadi sahə üzrə);
• MS Office proqramları üzrə yüksək bacarıqlar;
• İdarəetmə, yaxşı analitik bacarıqları;
• Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
• İngilis dilini  və/ və ya Rus dilini səlis bilənlərə üstünlük verilir;
• Müvafiq sahədə iş təcrübəsi olanlara üstünlük verilir;
• Ölkədaxili tez-tez səfərlər etmək imkanı.

FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 24 Noyabr 2013-cü il tarixindən gec olmamaq şərtilə

[email protected]

elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№651/13) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh., C.Cabbarlı küçəsi 44, Caspian Plaza III, 8-ci mərtəbə
Telefon: (012) 496 33 84/85/86/87

FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

 

İşəgötürənin reytinqi