Emal sahəsi üzrə texnoloq

İşin təsviri

Namizədə Tələblər:

  • Qida mühəndisliyi üzrə ali təhsil;
  • Azərbaycan dili, Rus dili;
  • Qida sənayesində 1 ilədək təcrübə;
  • Balıq emalına aid yüksək biliklərə sahib olmalı
  • Detallara diqqətli olmaq;
  • İş prioritetlərini düzgün təyin edə bilmək;
  • Nəticəyə yönəlik fəaliyyət;
  • Eyni zamanda bir neçə işi görə bilmək qabiliyyəti olmalı;
  • Komandada işləmək bacarığı;
  • Balıq və balıq məhsullarının emalı, duzlanması, qurudulması, hisəverilməsi və konservləşdirilməsinə aid biliklər olmalı; 
  • Sənaye avadanlıqlarının istehsal potensialı, texniki xüsusiyyətlərini səlis bilməli;
  • MS office bilikləri.

Vəzifə üzrə öhdəliklər:

  • Emal proseslərinə hazırlıq işlərinə nəzarət edir;
  • Keyfiyyət müşavirələrində iştirak edir, balıq və kürünün təzəliyi və keyfiyyəti üçün mütəmadi olaraq yoxlanılması işlərini nəzarətdə saxlayır;
  • Bütün emal fəaliyyətlərinin qida təhlükəsizliyi və gigiyena ilə bağlı sənaye standartlarına və dövlət qaydalarına uyğun olmasını təmin edir;
  • Zavod və sexlərdə normativ sənədlərin tələblərinin pozulması halları barədə şöbə rəhbərliyinə məlumat verir;   
  • Zay və keyfiyyətsiz məhsul buraxılışının səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin hazırlanmasında fəal iştirak edir;
  • Balıqların təmizlənməsi, kəsilməsi və emal üçün hazırlanmasına nəzarət edir. Kürü istehsalında, kürünün alınmasını və hazırlanmasını planlayır və icrasına nəzarət edir;
  • Zavod və sexlərdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;
  • Məhsulların keyfiyyətini qoruyarkən rəf ömrünü uzatmaq üçün duzlama, hisəvermə və ya dondurma kimi müxtəlif konservləşdirmə üsullarının tətbiqinə qərar verir və icrasına nəzarət edir;
  • İşin  sonunda istehsalata aid  nəzarət kartlarını doldurub gündəlik hesabat  hazırlayır aidiyyəti rəhbər işçilərə göndərilməsini təmin edir;
  • Mövcud olan Kritik Kontrol Nöqtələrinə operativ nəzarət edir, zərurət yaranarsa düzəliş məqsədli müdaxilə edir;
  • Qeydlərin aparılması, emal fəaliyyətlərinin, o cümlədən emal edilmiş miqdarların, partiyaların nömrələrinin və emal zamanı rast gəlinən hər hansı problemin dəqiq qeydlərinin aparılmasını təşkil edir;
  • Gündəlik olaraq xammal və hazır məhsul ilə bağlı laboratoriya nəticələrini nəzarətdə saxlayır, uyğunsuzluq anında rəhbər heyəti xəbardar edərək  istehsal prosesinə düzəliş məqsədli müdaxilə edir;
  • İstehsalat sahələrində, hazır məhsul və xammal anbarlarında  olan mövcud temperatur normalarını daim nəzarətdə saxlayır;
  • Emal avadanlığının təmiz, funksional və verilən tapşırıq üçün düzgün qurulmasını təmin edir;
  • Məhsul emalına aid bütün mərhələrdə bilavasitə iştirak edir, emal zamanı yaranan nöqsanları aradan qaldırır, emal sahəsinin işçi heyətini iş gedişatına uyğun idarə edir və yönləndirir;
  • Xammalın emalı, hazır məhsulun alınması və saxlanması mərhələrinin sanitar və gigiyenik standartlara uyğun olmasını daim nəzarətdə saxlayır və ola biləcək uyğunsuzluqlara görə məsuliyyət daşıyır;
  • Ehtiyatların idarə edilməsi, xammalın və emal olunmuş məhsulların inventarının idarə edilməsi, o cümlədən təchizat sifarişi və ehtiyat səviyyələrinin izlənilməsini həyata keçirir;
  • Xammal, material və hazır məhsullar üçün texniki tələbləri nəzarətdə saxlayır;
  • İstehsal prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrini tətbiq edir;
  • Emal prosesində iştirak edən işçilərin işinə nəzarət edir, lazım gəldikdə təlim verir və təhlükəsizlik protokollarına riayət edilməsini təmin edir;
  • Emal texnikasını və məhsul keyfiyyətini yaxşılaşdırmaq üçün tədqiqat və sınaqları aparır;
  • Tullantıların idarə olunması və  ətraf mühit qaydalarına riayət etmək üçün tullantı materiallarının və əlavə məhsulların düzgün şəkildə atılmasını təşkil edir;
  • Rəhbər tərəfindən tapşırılan digər işləri yerinə yetirir.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Neftçala rayonu
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Emal sahəsi üzrə texnoloq” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

İşəgötürənin reytinqi