Datanın İdarəedilməsi (Data Governance) üzrə Baş Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 11.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Məlumatların İdarəolunması üçün siyasətlərin, proseslərin tam həyat dövrünün əlaqələndirilməsi.
  • Məlumatların idarə edilməsi ilə bağlı maraqlı tərəflərlə müzakirənin aparılması
  • Bütün əsas maraqlı tərəflər ilə kommunikasiyanın idarəedilməsi
  • Təyin olunmuş işçilərin Data Sahibi roluna qoşulması.
  • Data İdarəetmə təşəbbüsünün effektiv şəkildə həyata keçirilməsi üçün tələb olunan hesabatlıq və dəstəyi təmin etmək
  • Data mübadiləsi prosesinin idarəedilməsi
  • Müntəzəm olaraq məlumatların idarə edilməsində irəliləyişi və effektivliyi nümayiş etdirmək üçün yüksək keyfiyyətli hesabatlar/ vizualizasiya yaratmaq
  • Potensial problemləri Data İdarə Edilməsi Direktoruna və/və ya daha yüksək rəhbərliyə çatdırmaq.
  • Data Keyfiyyətinin yaxşılaşdırılması layihələri üçün dəstək göstərmək
  • Data İdarəetmə prosesi ilə Bankın proseslərinin sinxronlaşdırılması üçün Biznes Proseslərinin İdarə Edilməsi funksiyası arasında əlaqə və uyğunlaşdırmanın qorumaq.
  • Data İdarəetmə prosesinin sinxronizasiyası üçün İnformasiya Təhlükəsizliyi funksiyası arasında əlaqə və uyğunlaşma aparmaq
  • Data Mədəniyyəti fəaliyyətlərinin sinxronizasiyası üçün HR funksiyası arasında əlaqə və uyğunlaşma aparmaq
  • Məlumatların idarə olunması üzrə işçi qrupun iclasları üçün iclasların gündəliyinin, hesabatların və təqdimatların hazırlanmasına və əlaqələndirilməsinə dəstək göstərmək
  • Məlumat və Analitika Şurasının müntəzəm iclasları üçün material toplamaq və hazırlamaq 

Tələblər:

  • Təhsil: IT, Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 3 il
  • Lisenziya / Sertifikat: layihə idarə edilməsi, biznes prosesinin idarə edilməsi
  • Xarici dillər: İngilis (səlis), Rus (səlis)
  • Kompüter bilikləri: Microsoft Office, layihə idarə edilməsi proqramları (məs. Jira), data analitikası
  • Məhsul üzrə biliklər: data texnologiyalarında geniş təcrübə və maraq.
  • Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru.
  • Başqa tələblər: Proseslərin dizaynı, həyata keçirilməsi və təkmilləşdirilməsi ilə bağlı təcrübə, layihə qərarlarının qəbulunu asanlaşdırmaq və bir çox komandalar arasında problemləri idarə etmək; güclü şəxsiyyətlərarası və danışıq bacarıqları, müxtəlif maraqlı tərəflər qrupuna təsir göstərmək bacarığı; güclü analitik, problem həll etmə bacarığı; təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları; çox tapşırıqları effektiv şəkildə idarə etmək və matrisləşmiş təşkilatda qarşılıqlı əlaqədə olmaq;

İşəgötürənin reytinqi