CRM üzrə mütəxəssis

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 08.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • SMS, Email və Push göndəriş servisləri vasitəsilə bildirişlərinin göndərilməsinin həyata keçirilməsi;
  • Davranışa uyğun olaraq istifadəçilərin seqmentasiyası;
  • Statistik məlumat bazası, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi işlərin aparılması;
  • Nəzəriyyələrin düşünülməsi və yoxlanılması, A/B testlərinin aparılması və onların əsasında qərarların qəbul edilməsi;
  • Müştərilərin davranış yollarının mükəmməlləşdirilməsi (customer journey map);
  • Natamam sifarişlərin konversiya faizinin artırılması;
  • Hesabatların hazırlanması, planlama və proseslərin təhlili;
  • Müxtəlif parametrlər üzrə müştəri bazasının təhlili və seqmentasiyası;
  • Təkrar və yeni sifarişlərin artırılması istiqamətində iş aparılması.  

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
  • Uyğun vəzifə üzrə iş təcrübəsi – 3 ildən az olmayaraq;
  • Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;
  • Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli;
  • Təşkilatçılıq, planlaşdırma qabiliyyəti və büyük məlumat həcmi ilə iş bacarığı;
  • Məsuliyyət, analitik və sisitematik düşüncə tərzi;
  • Digital yönümlü olmalı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi