Hüquq məsləhətçisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin layihələrini hazırlamaq;
  • Qərar, əmr, sərəncam, müqavilə, məktub və digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
  • Struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək; 
  • Məhkəmələrdə müəssisəni təmsil etmək;
  • İcrada olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxmaq, rəy vermək və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək; 
  • Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək; 
  • Daxili tənzimləyici sənədlərin layihəsini hazırlamaq, digər hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərini yerinə yetirmək; 
  • Qanunvericiliyə uyğun olaraq kommersiya sirri, digər konfidensial və xidməti məlumatları qorumaq; 
  • Müxtəlif qurumlardan, dövlət strukturlarından və əhalidən daxil olan ərizə, məktub və müqavilələrə vaxtında və qanuna müvafiq qaydada baxılmasını təmin etmək; 
  • Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb edilmiş işçilərin protokol və əmrlərini sənədləşdirmək; 
  • Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək.

Namizədə dair tələblər:

  • Ali Hüquq təhsili (Magistr təhsilinin olması üstünlükdür);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;
  • Xarici dil: Rus dili-yaxşı, İngilis dili- orta;
  • Kompüter bilikləri: MS Office (yaxşı səviyyədə);
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, İnzibati Xətalar Məcəlləsinin tələblərini, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu mükəmməl səviyyədə bilməli;

Tələb olunan funksional keyfiyyət meyarları:

  • Məlumat əldə etmə
  • Diqqətlilik
  • İntizamlılıq

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günü.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 12.12.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.