Satış üzrə təlimçi

  • Askona
  • Elanın qoyulma tarixi: 30.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Təhsil: Ali təhsil
  • Təcrübə: Minimum 4 il satış sahəsində (2 ili aidiyyati vəzifədə olmaqla, Satış sektorunda Təlim tədris edmə bacarıqlarının olması mütləqdir ) iş təcrübəsi olmalı; (qida sektoru istisna olmaqla)
  • Satış texnikalarını yaxşı bilməli
  • Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalı;
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
  • Yaş: 25-45
  • Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C

Vəzifələr:

  • Təlim və İnkişaf proqramlarının hazırlanması;
  • Satış üzrə təlim proqramlarını vaxtında icrasını həyata keçirmək
  • Təlim fəaliyyətini koordinasiya etmək
  • Əməkdaşların təlim ehtiyaclarını müəyyən etmək
  • İllik təlim planı hazırlamaq və təşkil etmək
  • Təlimin effektivliyinin qiymətləndirilməsi üçün metodların hazırlanması üzrə təkliflərin verilməsi və həyata keçirilməsi
  • Aparılan təlimlərin nəticələrinin qiymətləndirilməsi
  • Təlimə aid digər vacib nüansların yerinə yetirilməsi.

İş qrafiki: 5 günlük iş qrafiki

Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq. Orta aylıq əmək haqqı satışlardan asılı olaraq 2000-3000 manat.

Korporativ nömrə müəssisə tərəfinfən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Satış üzrə təlimçi” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.