Şabran filialının kassiri

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 06.11.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Bankın “Şabran” filialının kassiri

Əmək haqqı:

Kiçik mütəxəssis: 430 AZN

Mütəxəssis: 550 AZN

İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə

Şəhər: Şabran

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

(Vakansiya üçün qoyulan tələblərə cavab verməyən namizədlərlə əlaqə saxlanılmayacaq)

• Maliyyə, İqtisadiyyat, Menecment, Hüquq və Bank işi sahəsində ali təhsil;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan;
• Bank və ya bank olmayan kredit təşkilatında (kassir vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
• Ünsiyyətcil, təşəbbüskar;
• Komandada işləmək bacarığı;
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Mükəmməl kommunikasiya qabiliyyəti,
• Ünsiyyətçil və mülayim olmaq;
• Stressə davamlılıq;
• Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompüter bilikləri: Microsoft Office 2007, Microsoft Windows 7
 
İŞİN TƏSVİRİ:

• Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
• Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
• Nağd vəsaitlərin çeşidlənməsi;
• Bankomatların yüklənilməsi və boşaldılması.

Əlaqə üçün şəxs: Kadrlar şöbəsi

 

 

İşəgötürənin reytinqi