Gəncə Əlaqə Mərkəzi Təmsilçisi (ştatdankənar)

  • Azercell
  • Elanın qoyulma tarixi: 27.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azercell Ailəsinə qatılmağa dəvət edirik: 

Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki, şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq. 

İş qrafiki: Keçici növbəli (səhər, günorta, axşam və gecə növbələri)

Əsas Öhdəlikər:

  • Abunəçilərdən gələn telefon sorğularının cavablandırılması və müvafiq əməliyyatların aparılması.
  • Abunəçilərdən gələn istək və şikayətlərin qəbulu və sistemdə qeyd olunması.
  • Müştərilərə xidmət və məhsullar haqda məlumatın verilməsi.
  • Bütün abunəçilərə özəl yanaşma 

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

  • Ali təhsil;
  • Azərbaycan, Rus dilləri - səlis, İnglis dili - yüksək səviyyədə;
  • Kompüter bilikləri ;
  • Əsasən MS Office proqramlarında işləmə bacarığı;
  • Müştəri xidmətləri sahəsində iş təcrübəsi (üstünlük verilir);

Tələb Olunan Yetkinliklər:

  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Stressə davamlılıq və pozitiv münasibət;
  • Yenilikçilik ;

Sizin Müraciətiniz:

  • Xahiş edirik ki, ərizənizi səhifənin sağ tərəfində qeyd olunan tarixdən gec olmayaraq göndərəsiniz.

İşə Qəbul Prosesi:

  • CV yoxlanışı
  • Qiymətləndirmə Mərkəzi – müvafiq tapşırıqlar
  • Yetkinliklər əsasında müsahibə/Funksional Biliklər əsasında müsahibə

Qeyd:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq

Son müraciət tarixi: 8 Dekabr 2023