Head of Data and Analytics

  • PASHA Holding
  • Elanın qoyulma tarixi: 23.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PASHA Holding invites candidates to fill the Head of Data and Analytics position within Data office. As the Head of Data and Analytics at Bravo, this position is crucial for driving retail-focused data strategies that enhance customer experiences, optimize supply chain efficiency, and boost sales performance. Key objectives include developing insights for targeted marketing, improving product assortment and inventory management, and analyzing customer behavior to tailor shopping experiences. The role is instrumental in ensuring that data analytics directly contributes to increased profitability and market competitiveness.

Job description:

  • Develop and execute a comprehensive data and analytics strategy aligned with Bravo's business goals. 
  • Champion the use of data analytics to drive business decisions, ensuring the organization leverages data as a strategic asset.
  • Provide visionary leadership in the deployment of advanced analytics, AI, and big data technologies to enhance retail operations.
  • Drive the analysis of complex data sets to identify trends, insights, and opportunities in areas like customer behavior, sales performance, and supply chain optimization.
  • Monitor and analyze market trends to inform product development and positioning strategies.
  • Oversee the management of data resources, ensuring data quality, accessibility, and compliance with relevant regulations.
  • Implement robust data governance practices, including data quality.
  • Lead the development and maintenance of data architectures, databases, data models, and data warehousing strategies.
  • Build, lead, and mentor a high-performing team of data scientists, analysts, and other data professionals.
  • Foster a culture of continuous improvement and learning within the team, promoting data literacy across the organization.
  • Collaborate with other departments to ensure the data team's work aligns with overall business objectives and contributes to organizational success.
  • Present complex data findings in a clear and understandable manner to stakeholders at all levels, including executive leadership and holding company.
  • Engage with external partners and vendors to explore and implement new data technologies and solutions.
  • Continuously assess and improve data analytics practices, tools, and techniques to maintain industry-leading capabilities.
  • Lead initiatives to explore and implement new and emerging technologies in data analytics and AI that can provide a competitive edge.
  • Encourage a culture of innovation within the team, promoting experimentation and exploration of new ideas in data analytics.

Experience, Competencies and Skills Required:

  • Bachelor’s degree in Data Science, Statistics, Computer Science, Business, or a related field.
  • Minimum 10 years of experience in designing and delivering data analytics use cases and programs, including at least 3 years in a managerial role. 
  • Experience with a broad range of analytics tools including Python, R, SQL, Alteryx, Tableau, and PowerBI. Proficiency in these tools is essential for data manipulation, analysis, and visualization.
  • Basic knowledge of various machine learning algorithms such as linear regression, decision tree, random forest, etc.
  • Clear understanding of value-backed analytics opportunities specifically in the retail industry.
  • Comprehensive understanding of product development lifecycles, particularly as it relates to data product development, from ideation to deployment and maintenance.
  • A flexible, resilient team player with a positive attitude. Proven track record of working harmoniously with a wide range of colleagues, from data scientists to business leaders.
  • Fluency in Azerbaijani, English, and Russian is considered an advantage, enhancing the ability to communicate effectively in a diverse, multinational environment.

How to apply:

Interested candidates are requested to submit:

  • CV to e-mail;
  • Put “Head of Data and Analytics” in the subject line;
  • CVs should be sent by December 21, 2023

Attention: The candidates will go through initial CV screening review. Those candidates ONLY who succeeds based on CV screening will be contacted via email and/or phone and will be invited to interview.

 

PAŞA Holding Data Ofisi daxilində olan Data və Analitika üzrə rəhbər vəzifəsinə təcrübəli namizədləri dəvət edir. “Bravo”-nun tərkibində olan bu Data və Analitika üzrə rəhbər müştəri təcrübələrinin gücləndirilməsinə, təchizat zəncirindəki səmərəliliyin optimallaşdırılmasına və satış göstəricilərinin artırılmasına xidmət edən pərakəndə satışa yönəlmiş data strategiyalarının həyata keçirilməsi baxımından çox önəmli əhəmiyyət kəsb edir. Onun əsas məqsədlərinə hədəflənmiş marketinq üzrə analitik məlumatların hazırlanması, məhsul çeşidinin və inventarının idarə edilməsinin təkmilləşdirilməsi, alış-veriş təcrübələrinin uyğunlaşdırılması üçün müştəri davranışlarının təhlil edilməsi daxildir. Bu vəzifə gəlirliliyin artımına və bazar rəqabətliliyinə data analitikasının birbaşa töhfə verməsini təmin etməkdə mühüm rol oynayır.

İşin təsviri:

  • Bravo-nun biznes məqsədlərinə uyğun olan hərtərəfli data və analitika strategiyası hazırlamaq və həyata keçirmək.
  • Təşkilatın strateji aktiv kimi datadan istifadə etməsini təmin edərək, biznes qərarlarının qəbul edilməsində data analitikasından istifadəni təşviq etmək.
  • Pərakəndə satış əməliyyatlarını təkmilləşdirmək üçün qabaqcıl analitika, süni intellekt (AI) və “big data” texnologiyalarının tətbiqində vizyoner liderlik nümayiş etdirmək.
  • Müştəri davranışı, satış göstəriciləri və təchizat zəncirinin optimallaşdırılması kimi sahələrdə tendensiyaları, analitik məlumatları və imkanları müəyyən etmək üçün mürəkkəb data massivlərinin təhlilini aparmaq.
  • Məhsulun inkişafı və mövqenin müəyyənləşdirilməsi strategiyaları üçün məlumat təmin etmək məqsədilə bazar tendensiyalarını izləmək və təhlil etmək.
  • Məlumat (data) resurslarının idarə edilməsinə, məlumatların (data) keyfiyyətinə, əlçatanlığına və müvafiq qaydalara uyğunluğuna nəzarət etmək.
  • Məlumatların (data) keyfiyyəti də daxil olmaqla, məlumatların (data) idarə edilməsi üzrə etibarlı təcrübələr tətbiq etmək.
  • Data arxitekturası, məlumat bazaları, data modelləri və data saxlama strategiyalarının işlənib hazırlanmasına və saxlanmasına rəhbərlik etmək.
  • Data mütəxəssisləri, analitiklər və data üzrə digər peşəkarlardan ibarət yüksək səviyyəli komanda formalaşdırmaq, onlara rəhbərlik və mentorluq etmək.
  • Təşkilat daxilində data biliklərini təşviq edərək, komanda daxilində davamlı təkmilləşdirmə və öyrənmə mədəniyyətini inkişaf etdirmək.
  • Data qrupunun işinin ümumi biznes məqsədlərinə uyğun olmasını və təşkilati uğura töhfə verməsini təmin etmək üçün digər departamentlərlə əməkdaşlıq etmək.
  • İcraçı rəhbərlik və holding daxil olmaqla, bütün səviyyələrdə maraqlı tərəflərə data əsasında aşkar edilən nəticələri aydın və başa düşülən şəkildə təqdim etmək.
  • Yeni data texnologiyalarını və həllərini araşdırmaq və həyata keçirmək üçün xarici tərəfdaşlar və təchizatçılarla əlaqə saxlamaq.
  • Sektordakı aparıcı bacarıqları qoruyub saxlamaq üçün data analitikası üzrə təcrübələri, alətləri və üsulları davamlı olaraq qiymətləndirmək və təkmilləşdirmək.
  • Rəqabət üstünlüyü təmin edə bilən data analitikasında və süni intellektdə (Aİ) yeni və inkişaf edən texnologiyaların tədqiqi və tətbiqi üçün təşəbbüslərə rəhbərlik etmək.
  • Data analitikasında yeni ideyaların təcrübədən keçirilməsini və tədqiq olunmasını təşviq edərək, komanda daxilində innovasiya mədəniyyətini təşviq etmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Data elmləri (Data Science), statistika, kompüter elmləri, biznes və ya əlaqədar sahədə bakalavr dərəcəsi.
  • Data analitikasının tətbiqi hallarının və proqramlarının layihələndirilməsi və həyata keçirilməsi üzrə minimum 10 illik təcrübə, o cümlədən ən azı 3 il rəhbər vəzifədə iş təcrübəsi.
  • Python, R, SQL, Alteryx, Tableau və PowerBI daxil olmaqla geniş çeşidli analitik alətlərlə iş təcrübəsi. Bu alətlərdə bacarıq məlumatların manipulyasiyası, təhlili və vizuallaşdırılması üçün vacibdir.
  • Xətti reqressiya, “decision tree”, “random forest” və s. kimi müxtəlif maşın öyrənmə alqoritmləri haqqında təməl biliklər.
  • Xüsusilə pərakəndə satış sektorunda dəyərə əsaslanan analitik imkanların aydın şəkildə başa düşülməsi.
  • Məhsulun inkişafının həyat dövrlərinin (xüsusən də, data məhsulunun inkişafı ilə əlaqədar olaraq, ideyadan tutmuş tətbiq və texniki xidmətə qədər olan mərhələlər) hərtərəfli başa düşülməsi.
  • Müsbət münasibətə malik çevik, dayanıqlı komanda üzvü. Data mütəxəssislərindən tutmuş biznes liderlərinə qədər fərqli həmkarları ilə ahəngdar işləmək təcrübəsi.
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışıq bacarığı müxtəlif, çoxmillətli mühitdə səmərəli ünsiyyət qurmaq bacarığını artıran üstünlük hesab edilir.

Müraciət etmə qaydaları: 

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Data və Analitika üzrə rəhbər” qeyd olunmalıdır;
  • CV-lər 21 dekabr 2023-cü il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi